22 dekabr 2011 13:11

İlin ən yaxşıları müəyyənləşdi

Azerisport.com dekabr ayının əvvəlindən start verdiyi Böyük Sorğuya yekun vurub. İlin ən yaxşılarını müəyyənləşdirən sorğunun nəticələri ilə sizi də tanış edirik.
 
İlin ən yaxşı komandasından başlayaq. Bu, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi olub. U-17-yə 630 nəfər səs verib. “Qarabağ” ikinci (380), “Neftçi” üçüncü olub (236).
 
İlin ən yaxşı futbol məşqçisi də məhz U-7-nin çalışdırıcısı Təbriz Həsənov seçilib (599). “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ikinci (458) olub. Millimizin çalışdırıcısı Berti Foqts isə 248 səs toplayıb.
 
İlin ən yaxşı futbolçusu “Qarabağ”ın və milli komandamızın hücumçusu Rauf Əliyev seçilib (363). “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev ikinci (202), bu komandanın qapıçısı olan Kamrаn Ağayev isə üçüncü (137) olub.
 
Ən yaxşı idman federasiyası adını AFFA qazanıb. Bu quruma 266 səs verilib. İkinci yeri Azərbaycan Milli Avarçəkmə Federasiyas tutub (122). Voleybol Federasiyası üçüncü yerlə kifayətlənib (120).
 
İlin ən yaxşı tapıntısı futbol üzrə Azərbaycan millisinin və Almaniyanın “Freiburg” klubunun müdafiəçisi Ufuk Budaq seçilib (181). Boksçu Teymur Məmmədov ikinci (113), cüdoçu İlqar Muşkiyev üçüncü (47) olub.
 
Ən yaxşı idman komandası “Rabitə” seçilib (201). Basketbol üzrə Azərbaycan millisi ikinci (119), kişi şahmatçılardan ibarət yığmamız üçüncü (72) olub.
 
Ən yaxşı idman məşqçisi avarçəkmə yığmamızın çalışdırıcısı Aleksandr Kolıbelnikov seçilib (143). Yunan-roma güləşi üzə yığmamızın sabiq çalışdırıcısı Fərid Mansurov ikinci olub (104). Üçüncü yeri isə “basketbolçu” Elxan Əliyev tutub (85).
 
Ən yaxşı qadın idmançı Natalya Məmmədova olub (105 səs). İkinci yeri Mariya Stadnik tutub (89). Natalya Mustafayeva isə onlardan xeyli geri qalıb (47).
 
İlin ən yaxşı kişi idmançısı adını isə kanoeçilərimiz - Bezuqli-Prokopenko cütü qazanıb (709). İkinci yeri Valentin Demyanenko tutub (191). Yunan-roma güləşi üzrə yığmamızın üzvü Rövşən Bayramov isə üçüncülüklə kifayətlənib (133).

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.