18 noyabr 2011 13:27

İlham Əliyev Qəbələdə yeni kompleksin açılışını etdi

Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Azerisport.az xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinin diqqətinə çatdırdı ki, şəhərin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ildə başlanılıb. Bu nəhəng idman qurğusunun inşası üçün 4,3 hektar torpaq sahəsi ayrılıb. Yüksək səviyyədə aparılmış tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. İkimərtəbəli kompleksdə idman zalı, üzgüçülük hovuzu, trenajor zalları, yeməkxana, məşq zalları və kotteclər yaradılıb. Kompleks Qəbələdə idmanın müxtəlif sahələrinin müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub.
 
Prezident İlham Əliyev voleybol zalında məşq prosesini izlədikdən sonra idman qurğularının eskiz layihələri ilə tanış olub. Qeyd edilib ki, kompleksdə mini kafe də fəaliyyət göstərəcək. Burada idmançıların asudə vaxtlarının səmərəli keçirmələri üçün hər cür şərait var. Bunun üçün kompleksin ikinci mərtəbəsində bilyard və tennis masaları quraşdırılıb. Diqqətə çatdırılıb ki, əsas binanın tikinti sahəsi 9 min kvadratmetrdi. Kompleksin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, həmçinin idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostendlər quraşdırılıb.
 
Dövlət başçısı idman zalı ilə tanış olub. İdmanın mini futbol, basketbol, voleybol, gimnastika, boks, güləş növləri üzrə beynəlxalq səviyyəli turnirlərin keçiriləcəyi zalda yarışları izləyəcək tamaşaçılar üçün 720 oturacaq quraşdırılıb. Burada qadın və kişilər üçün ayrı-ayrılıqda trenajor zalları yaradılıb. Zallar müasir avadanlıq ilə təchiz olunub. Prezident İlham Əliyev üzgüçülük hovuzuna baxıb. Hovuzda xüsusi nəmalma qurğusu quraşdırılmışdır. Buradakı yarışları 80 nəfər izləyə biləcək.
 
Açıq havada yaradılan idman qurğuları ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, buradakı süni örtüklü açıq stadion 1540 tamaşaçı tutumuna malikdi. Bundan başqa, burada mini futbol, tennis kortu, basketbol və voleybol meydançaları var.
 
Prezident İlham Əliyev stadionda gənc futbolçuların məşq prosesini izləyib. Azərbaycan Prezidenti gənc futbolçularla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirib, onlara uğurlar arzulayıb. Bildirilib ki, kompleksdə hər cür şəraiti olan üç kottec də inşa olunub. Burada həm idmançılar, həm də qonaqlar istirahət edə biləcəklər. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Qəbələ Olimpiya İdman Kompleksinin ərazisində 10 min kvadratmetrlik sahədə abadlıq və yaşıllaşdırma işləri görülüb. Fərdi qazanxanası, transformator yarımstansiyası, su anbarı, artezian quyuları olan idman qurğusunda mühafizə və yanğınsöndürmə sistemləri quraşdırılıb. Bu müasir olimpiya kompleksi rayonda idmanın geniş yayılmasına və daha da inkişafına hərtərəfli təkan verəcək.
 
Qəbələ Olimpiya İdman Kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.