21 sentyabr 2011 15:18

Bakı İslamiadaya ev sahibliyi etmək istəyir

2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının təşkilinə Bakının namizədliyi irəli sürüləcək. Azerisport.az xəbər verir ki, bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İslam Ölkələri İdman Həmrəylik Təşkilatının vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
 
"2013-cü ildə İslam Həmrəylik Oyunları İndoneziyanın paytaxtı Cakartada keçiriləcək. Biz çalışacağıq ki, növbəti yarışların birini Bakıda keçirək", - Hüseynzadə deyib.
 
İslam Həmrəylik Oyunları dörd ildən bir keçirilir. İlk belə yarışlar 2005-ci il aprelin 9-dan 19-na kimi Səudiyyə Ərəbistanında keçirilib. MOK-un vitse-prezidenti bildirib ki, 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyinin irəli sürülməsi üzrə yaradılan Təşkilat Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) növbəti iclası üçün hazırlıq işləri görür. "Hələlik BOK-un iclasına hazırlıq görülür, Azərbaycanda yaradılan Təşkilat Komitəsinin iclasının keçirilməsi planlaşdırılır", - Hüseynzadə deyib.
 
Beynəlxalq Olimpiya Komitəsi 2011-ci ilin sentyabr ayının əvvəlində 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib. Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. Namizəd şəhərlər ilk təqdimatı 2012-ci ilin fevral ayında nümayiş etdirəcəklər.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.