3 avqust 2011 13:30

Bakı 2020-ci il olimpiadası ilə bağlı qərar verdi

Bakı şəhəri 2020-ci il Yay Olimpiya Oyunlarında ev sahibliyinə namizədliyini irəli sürməyəcək. Azerisport.az xəbər verir ki, bu haqda Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
 
Onun sözlərinə görə, namizədliyini irəli sürmək istəyən şəhərlər ərizələrini sentyabrın 1-dək Beynəlxalq Olimpiya Komitəsinə (İOC) təqdim edə bilərlər. Lakin indiyədək MOK rəhbərliyində Bakının namizədliyini yenidən irəli sürmək üçün fikir formalaşmayıb: “Çox güman ki, qalan müddətdə də belə bir fikir formalaşmayacaq”.
 
Bakı şəhəri 2016-cı il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürsə də, final səsverməsinə keçə bilməyib. Qalib adını Braziliyanın Rio-de-Janeyro şəhəri qazanıb. Həmin vaxt paytaxtımızın qalib gələnədək yay olimpiadalarına namizədliyini verəcəyi açıqlanıb.
 
Ç.Hüseynzadə bildirib ki, 2016-cı olimpiadasına Bakının namizədliyini təcrübə toplamaq üçün veriblər. O qeyd edib ki, 2020-ci ildə keçiriləcək olimpiadaya namizədliklərini irəli sürmələri məqsədəuyğun sayılmayıb. 2024-cü il Yay Olimpiya Oyunlarına gəldikdə, bu barədə İOC-un rəsmən sifariş ərizəsi qəbuluna başlayacağı vaxt - 2015-ci ildə danışmaq olar.
 
Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərin adı 2013-cü il sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə İOC-un sessiyasında açıqlanacaq. Hələlik Roma (İtaliya), İstanbul (Türkiyə), Madrid (İspaniya), Doha (Qətər) və Tokio (Yaponiya) şəhərləri namizədliklərini rəsmən irəli sürüb. (Lent.az)

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.