10 dekabr 2010 15:36

Beynəlxalq Sığorta Şirkəti sığorta polislərinin onlayn satış sistemini təkmilləşdirir

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan  Beynəlxalq Sığorta Şirkəti   Respublikanın sığorta bazarında qabaqcıl texnalogiyaların tətbiqinin pioneri olaraq, müştərilərinin rahatlığının təmin edilməsi məqsədi ilə bu istiqamətdə apardığı işləri davam etdirir.
 
Respublikada ilk dəfə olaraq 2009-cu ilin may ayında səyahət sığortası şəhadətnamələrinin internet vasitəsi ilə satışını təşkil edən Şirkət, müştərilərin vaxt məhdudiyyətlərini nəzərə alaraq, bu dəfə onlayn rejimdə avtomobil vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnamələrinin əldə edilməsi şəraitini yaratmışdır. İndi müştərilər iic.az saytına daxil olaraq, səyahət sığortası ilə yanaşı avtomobil vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığörtasını əldə edə bilərlər. Bunun üçün müştəri iic.az saytına daxil olduqdan sonra, sığorta növünü seçməli və onlayn ərizə formasını dolduraraq, öz plastik kartı (maaş, depozit və ya kredit kartları) vasitəsilə tələb olunan məbləği ödəməlidir. Bütün prosedurlar həyata keçirildikdən sonra, sığorta şəhadətnaməsi Şirkətin əməkdaşları tərəfindən onun onlayn ərizə formasında göstərdiyi ünvana çatdırılır.
 
Şirkətdən bildirilir ki, sığorta şəhadətnamələrinin onlayn satışı Azərbaycanda aparıcı prosessinq operatoru olan AZERICARD şirkəti ilə birgə hazırlanmışdır. Qeyd etmək lazımdır ki, sıx əməkdaşlıq edən şirkətlərin birgə layihələri sırasına 2008-ci ildən etibarən sığorta haqlarının bankomatlar vasitəsi ödənilməsi proqramı da daxildir. Hazırda fəaliyyət göstərən bu proqrama əsasən müştərilər sığorta haqqlarının hissəli ödənişlərini bankomatlar vasitəsi ilə də hayata keçirə bilirlər.
 
2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş, 27 oktyabr 2009-cu ildə ən böyük Beynəlxalq reytinq agentliklərindən biri “Moody's Investors Service” agentliyi tərəfindən “B2” səviyyəsində, “sabit” reytinq proqnozlu maliyyə sabitliyi reytinqi (insurance financial strength rating, IFSR) almış Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 37 sığorta növü üzrə xıdmətlər göstərir.

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.