23 iyun 2010 17:13

«İdman Azərbaycan» kanalı kimə və nəyə lazımdır?

Bir vaxtlar Azərbaycanda adı gözəl, özü özəl, yox, özəl olmayan bir kanal yaradıldı. Yaxşı bir konsert də oldu, həmişə yeyib-içənlər yedi-içdi, oxuyub-oynayanlar oxuyub-oynadı… Buna yalnız tamaşa edə bilənlər fikirləşdilər ki, biz də konserti yola verib, bundan sonra istədiyimizə tamaşa edə biləcəyik.
 
Günlər keçdi, aylar ötdü, kanal başladı keçmişdə qalmış Olimpiya Oyunlarının sinxron üzgüçülük yarışlarını təkrar-təkrar göstərməyə. Əlbəttə, xalqımızın yarısının sinxron üzgüçülüklə məşğul olduğunu və bu idman növünə xüsusi rəğbət bəsdlədiyini nəzərə alsaq, problem yox idi. Bir müddət sonra yada düşdü ki, bu xalq həm də futbola baxmaq istəyir.
 
Avropa çempionatlarından bəziləri kanala ayaq açdı. İspaniya, İngiltərə, İtaliya çempionatları Azərbaycan dilində şərh olunmağa başladı. Fikirləşdik ki, Oğuz elinin qanlı-qadalı günləri arxada qalıb…
 
Sonra həmin bu şərhlərlə problemlər yaranmağa başladı. Azarkeşlərin az-çox bəyəndiyi şərhçilər kanalı tərk etməyə başladılar. Buna da dözmək olardı, təki baxmağa bir şey olsun, uzaq başı, televizora səssiz də baxmaq olar.
 
Daha sonra futbol üzrə dünya çempionatı başladı. Aydın məsələdir ki, bu cür yarışların yayım hüquqları çox-çox əvvəldən alınır və «Lider» DÇ-nin Azərbaycanda eksklüziv yayımçısıdır. Lakin çempionatda elə günlər var ki, eyni zamanda iki çox vacib matç oynanılır. «Lider»in nümayəndələrinin dediklərinə görə, onlar bu matçların (hətta çempionatın oyunlarının yarısının) başqa bir kanalda yayımlanmasını təklif ediblər. Lakin heç bir kanal bu təklifə yaxın durmayıb. Soruşuram: bəs «İdman Azərbaycan» kanalı kimə və nəyə lazımdır? Əgər lazım olanda ən vacib idman yarışının nümayişini öz üzərinə götürə bilməyəcəkdisə, bu kanal niyə açılırdı? O birilər onsuz da yeri gələndə idman yarışlarını translyasiya edirdilər.
 
İndiyə kimi hansı azarkeş «İdman Azərbaycan» kanalında Çempionlar Liqasının, Avropa Liqasının (bəzi təsnifat oyunları istisna olmaqla) oyunlarına baxıb? Yeni Avroliqa mövsümün başlanmasına bir həftə qalmış bu gün xəbər tutduq ki, səfər oyunlarını yenə də görməyə bilərik… Bəs belə olan halda ayrıca idman kanalı bizim nəyimizə gərəkdir?
 
HBI

Похожие новости

Xronika 27 noyabr

4+4 lotereyasında cekpot 1 000 000 manatı keçdi

Ölkənin yeganə qanuni lotereya təşkilatçısı "Azərlotereya" arzuları bir bilet qədər yaxın edir.
Xronika 01 iyun

BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat

1xBet yüklə: 1xBet Azərbaycan əlavəni (Android, iOS) quraşdırmaq üçün təlimat.
Xronika 09 dekabr

Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib.
Xronika 07 dekabr

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
Xronika 01 dekabr

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşuldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.
Xronika 23 noyabr

İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
Xronika 23 noyabr

İlham Əliyev Beynəlxalq və Avropa Kanoe federasiyalarının prezidentlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.
Xronika 02 noyabr

Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 4-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək.
Xronika 29 oktyabr

İdman mərc oyunlarından pul qazananlar vergi verməyəcək

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlara tətbiq edilən vergi ləğv olunur.