19 noyabr 2016 12:30

Sərbəst güləşçilərimiz İranda 2-ci oldular

İran İslam Respublikasının İsfahan şəhərində kiçik yaşlı yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Day of Children" beynəlxalq turniri keçirilib. Azerisport.az xəbər verir ki, sərbəst güləşçilərin yarışında Azərbaycan, İran, Rusiya, Gürcüstan, Tacikistan, Qığızıstan, Ukrayna və Ermənistan komandaları mübarizə aparıb.

Turnirdə iştirak edən sərbəst güləşçilərimiz qrup görüşləri zamanı Qırğızıstanı 8-2, Gürcüstanı 9-1, Ermənistanı 9-1 məğlub edib. Ukrayna güləşçiləri ilə 5-5 hesablı bərabərlik qeydə alınsa da xalların keyfiyyətinə görə 22-18 qələbə qazanan güləşçilərimiz qrupun lideri kimi finala vəsiqə qazanıb. Final görüşündə yerli İran idmançılarına 7-3 hesabı ilə uduzan güləşçilərimiz turnirin gümüş medallarına sahib olub. Yekun sıralamada İran  birinci, Azərbaycan ikinci, Ukrayna yığması isə üçüncü yerdə qərarlaşıb.

Yunan-Roma güləşçilərinin yarışında Azərbaycan, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Moldova, İraq, Ermənistan, Ukrayna, Qırğızıstan və Tacikistan komandaları mübarizə aparıb. Yunan-Roma yığmamızın üzvləri qrup yarışlarında İranın 2 komandasına məğlub olub. Əvvəlcə Türkmənistanı 10-0, ardınca Qırğızıstanı 9-1 üstələyən güləşçilərimiz turnirin yekun sıralamasında 9-cu yerdə qərarlaşıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.