17 noyabr 2016 14:00

Firdovsi Umudov: Mənə göstərilən etimadı doğrultmağa çalışacağam

Noyabrın 24-dən 26-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. Azerisport.az xəbər verir ki, yarışa səylə hazırlaşan sərbəst güləş üzrə milli komandamızın mətbuat üçün açıq məşqi olub.

Məşqdən sonra mətbuat nümayəndələrinə açıqlama verən yığmanın sabiq böyük məşqçisi, hazırda baş məşqçi əvəzi vəzifəsinə təyinat alan Firdovsi Umudov heyətdə müəyyən dəyişikliklərin olacağını bildirib.

Təcrübəli çalışdırıcı təyinatı barədə də danışıb:

“Komanda mənə çox yaxındır. Uşaqlarla tanışıq, onlar da məni çox yaxşı tanıyır. 2007-2008-ci illərdə çalışdığım yeniyetmələr indi əsas yığmanın üzvləridir. Hacı Əliyev, Cəbrayıl Həsənov, Toğrul Əsgərovu misal göstərmək olar. İdmançılarımızın psixologiyasını, onlara necə yanaşmağın lazım olduğunu bilirəm. Hazırlıq prosesində də çatışan və çatışmayan cəhətlərə bələdəm. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Güclü məşqçilər korpusumuz var. Bir yerdə işləyib gələcək yarışlarda da nəticələr qazanmağa çalışacağıq. Təbii ki, yığmada son söz baş məşqçinin olur. Mən də çalışacağam ki, idmançıları düzgün analiz edim və doğru qərar verim. Ümumiyyətlə, əsas məqsəd milli komandaya yeni nəfəs gətirməkdir. Bilirsiniz ki, güləşsevərlər, xalqımız daim yarışlarda yeni simalar, güclü güləşçilər görmək istəyir. Yeniyetmələrə, gənclərə daha çox üstünlük verməliyik. İndidən təməli möhkəm qoysaq, gələcəkdə bunun bəhrəsini görəcəyik. Hazırda komandada rəqabət çox güclüdür. Dünya Güləş Birliyinin qərarına əsasən, “Qızıl Qran Pri“ beynəlxalq turnirinin final mərhələsində hər çəkidə 3 güləşçimiz çıxış edə bilər. Bəzi çəkilərdə 4-5 pəhləvanımızın iştirakı planlaşdırılır. Təlim-məşq toplanışlarında hamısını nəzərdən keçirmişik, yoxlamışıq. Onlar yarışlara tam hazırdırlar. Bilirsiniz, güləşçilərimizdə ilk növbədə vətənə sevgi olmalıdır. Demək olar, hər məşqdən əvvəl bu barədə onlarla söhbətimiz olur. Onlar dərk etməlidirlər ki, beynəlxalq arenalarda ölkəmizi təmil edirlər, daim bayrağımızı yüksəltməyə, himnimizi səsləndirməyə çalışmalıdırlar. Vətənə sevgi olsa, uğurlarımızın sayı da atacaq. Dövlətimiz, Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi idmançılarımızın yaxşı nəticələr qazanması üçün əlindən gələni edir. Bizim də məqsədimiz etimadı doğrultmaqdır".

Qeyd edək ki, proqrama əsasən, sərbəst güləşçilər yarışların ilk günündə mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də olacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.