1 oktyabr 2016 23:00

Nazir DÇ-də uğur qazanmış güləşçilərimizlə görüşdü

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilmiş güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, müdafiə naziri qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançılara, məşqçilərə və mütəxəssislərə təbriklərini çatdırıb.

Hərbi idmançılarımızın bu uğurunu yüksək qiymətləndirən nazir Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu qeyd edərək bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də nailiyyətlər əldə edildiyini, qazanılan müvəffəqiyyətlərin məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının, dövlət dəstəyinin göstəricisi olduğunu xüsusi vurğulayıb.

Bildirilib ki, yarışlarda Azərbaycanı təmsil edən hərbi qulluqçular Silahlı Qüvvələrin nümayəndələri kimi Makedoniyada ölkəmizin bayrağını yüksəltmək və dövlət himnimizi səsləndirməklə Azərbaycan əsgərinin döyüş əzmini və qələbə ruhunu bir daha sübut ediblər.

Qələbədə əməyi olanları təbrik edən müdafiə naziri ordumuzda idmanın inkişafı üçün geniş imkanların, lazımi şəraitin olduğunu, eləcə də yeni inşa edilən hərbi şəhərciklərdə müasir idman komplekslərinin tikildiyini xatırladaraq, bundan sonra da Silahlı Qüvvələrdə idmana daha çox diqqət ayrılacağını bildirib.

Gələcəkdə keçiriləcək beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməyi hərbi qulluqçulara arzu edən müdafiə naziri çempionatda yüksək nəticələr göstərmiş idmançıları və məşqçiləri təltif edib və qiymətli hədiyyələrlə mükafatlandırıb.

Sonda xatirə fotosu çəkilib.

Xatırladaq ki, sentyabrın 19-dan 25-dək Makedoniya Respublikasının paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma növləri üzrə güləş komandaları təmsil ediblər.

4 qitədən, 35 ölkədən, 300-dən çox idmançının iştirak etdiyi çempionatda Azərbaycan təmsilçiləri 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medal qazanıblar.

Ümumi komanda hesabında 53 xal toplayaraq yarışları ikinci yerdə başa vuran yığmamız çempionatın kubokuna layiq görülüb.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.