5 sentyabr 2016 00:10

Son gündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal!

Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatın son günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

55 kq-da mübarizə aparan Əfqan Xaşalov ardıcıl olaraq Hindistan, Özbəkistan və Yaponiya güləşçilərini məğlub edərək finala yüksəlib. Finalda Rusiya təmsilçisinə də qalib gələn güləşçimiz Dünya çempionatının qızıl medalına sahib olub.

66 kq çəkidə yarışan Orxan Abbasov mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Qırğızıstan, Macarıstan və Bolqarıstandan olan rəqiblərinə qalib gələn güləşçimiz yarımfinalda Rusiya idmançısına uduzub. Bürünc medal uğrudan həlledici görüşdə Fransa təmsilçisini məğlub edən Orxan fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

84 kq-da yarışan Hacımurad Məhəmmədsəidov da 1/16 final mərhələsindən mübarizəyə qoşulub. Ardıcıl olaraq Çin, Hindistan və ABŞ-dan olan rəqiblərini mübarizədən kənarlaşdıran təmsilçimiz gərgin keçən yarımfinal qarşılaşmasında Türkiyə idmançısına uduzub. Bürünc medal uğrunda görüşə çıxan Hacımurad Polşadan olan rəqibinə heç bir şans verməyib və çempionatı üçüncü sırada tamamlayıb.

120 kq çəki dərəcəsində mübarizə aparan Umar İsrailov ardıcıl olaraq Yaponiya, Macarıstan və Türkiyədən olan rəqiblərini üstələyib finala yüksəlib. Rusiya təmsilçisi ilə gərgin keçən final görüşü rəqibin xeyrinə bitib və güləşçimiz gümüş medalla kifayətlənib.

55 kq
FİNAL - Xasanxuseyn Badrudinov (RUS) - Əfqan Xaşalov 5:12
1/2 final - Əfqan Xaşalov - Takumi Taşiro (JPN) 11:1
1/4 final - Gulomjon Abdullaev (UZB) - Əfqan Xaşalov 6:9
1/8 final - Kumar Ravi (IND) - Əfqan Xaşalov 0:10 (111 san)

66 kq
Bürünc medal görüşü - Valentin Marc Stéphane Sanfratello (FRA) - Orxan Abbasov 4:8
1/2 final - Akhmed Usmanov (RUS) - Orxan Abbasov 12:1
1/4 final - Cemal Ruşen Ali (BUL) - Orxan Abbasov 2:5
1/8 final - Csaba Vida (HUN) - Orxan Abbasov 5:11
1/16 final - Mansur Syrgak Uulu (KGZ) - Orxan Abbasov 0:10

84 kq
Bürünc medal görüşü - Kristof Grzegorz Sadovik (POL) - Hacımurad Məhəmmədsəidov 0:5
1/2 final - Haсımurad Məhəmmədsəidov - Osman Göçen (TUR) 5:7
1/4 final - Hacımurad Məhəmmədsəidov - Zahid Valencia (USA) 5:4
1/8 final - Deepak Punia (IND) - Hacımurad Məhəmmədsəidov 0:2 (tuşe, 50 san.)
1/16 final - Danan Xu (CHN) - Hacımurad Məhəmmədsəidov 0:10

120 kq
FİNAL - Umar İsrailov - Kazbek Xubulov (RUS) 10:13
1/2 final - Hüseyin Mehmet Civelek (TUR) - Umar İsrailov 2:5
1/4 final - Umar İsrailov - Mihaly Nagy (HUN) 4:1
1/8 final - Masahiro Miyahara (JPN) - Umar İsrailov 0:8 (tuşe)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.