23 avqust 2016 17:30

Olimpiya Oyunları tarixində yeni səhifə

Başa çatan Rio-de-Janeyro Yay Olimpiya Oyunları Azərbaycan güləş tarixində yeni səhifə açdı. Azerisport.az xəbər verir ki, pəhləvanlarımız 4 illiyin zirvə yarışında indiyə qədərki Olimpiya Oyunlarından fərqli olaraq ən çox sayda medal qazandı. Rio-de-Janeyroda mübarizə aparan 14 güləşçimizdən 9-u Vətənə medalla qayıdır. Medallardan 3-nün əyarı gümüş, 6-cı isə bürünc oldu.

Yarışların ilk üç günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq) və Sabah Şəriətinin (130 kq) timsalında bürünc medala yiyələnib. Baş məqşçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 5 güləşçi ilə təmsil olunan yığmamız 2 bürünc medal qazanıb və Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 3-cü nəticə göstərib.

Qadın güləşçilərin yarışında 3 idmançı ilə təmsil olunduq. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edən güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazandı. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnsə də, Nataliya Sinişin (53 kq) bürünc medalı boynuna taxıb. Bu nəticə ilə qadın güləşi yığmamız Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 4-cü yeri tutub.

Yarışların son üç günündə mübarizə aparan sərbəst güləş yığmamız güləş tariximizdə yeni bir səhifə yazıb. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 6 idmançı ilə təmsil olunan sərbəst güləş yığmamız 5 medal - 2 gümüş və 3 bürünc medal qazanıb. Gümüş medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) qazanıb. Qazanılan medalların sayına və Dünya Güləş Birliyinin tərtib etdiyi ənənəvi reytinq sıralamasına görə yığmamız bütün komandaları qabaqlayıb və ilk sırada qərarlaşıb.

Güləşçilərimiz Rio-de-Janeyroda məhz bu növdə qazanılan medalların sayına görə Rusiya ilə ilk sıranı bölüşdülər - hərəyə 9 medal. Sərbəst güləş yığmamız isə qazandığı medalların sayına görə birinci oldu.

1996-cı ildə Atlantada 1  gümüş, 2000-ci il  Sidney Olimpiadasında 1 qızıl, 2004-cü ildə Afinada 1 qızıl, 2008-ci il Pekin Olimpiadasında 2 gümüş, 2 bürünc, ümumilikdə 4 medal, 2012-ci ildə Londonda 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla yekunda 7 medal  qazanan güləşçilərimiz Rio-de-Janeyro Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc olmaqla ümumilikdə 9 medal qazandı və güləş tariximizdə yeni bir səhifə açdı.

Statistikaya nəzər salsaq görərik ki, güləşçilərimiz 4 illiyin zirvə yarışında qazandıqları medalların sayında hər dəfə artım müşahidə olunur. Bu dəfə yeganə çatışmayan qızıl medal oldu. İnanırıq ki, gələcəkdə güləşçilərimiz daha böyük əzmkarlıq nümayiş etdirərək qazanılan medalların keyfiyyətinin daha da yaxşılaşıdırılması üçün əllərindən gələni edəcək, həmişə olduğu kimi bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcəklər.

Qazanılan bu nailiyyətlər, AGF rəhbərliyi tərəfindən aparılan məqsədyönlü və düzgün fəaliyyət bizi gələcəyə nikbin baxmağa sövq edir. Deməli, 4 il sonra Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında daha yüksək nəticələr göstərmək iqtidarındayıq. Odur ki, əlvida Rio-de-Janeyro, görüşənədək, Tokio!

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.