24 iyul 2016 01:15

Zaur Nuriyev və Ülvi Qənizadə bürünc medal qazandı

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, beşinci yarış günündə 42, 50, 58, 63 və 76 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə qoşulub. Güləşçilərimiz günü 2 bürünc medalla tamamlayıb.

42 kq-da mübarizə aparan Azər Muxtarlı ilk görüşdə Ukrayna təmsilçisinə qalib gəlsə də növbəti görüşdə Rusiya idmançısına uduzub. Rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal şansı verib. Təsəlliverici görüşdə Polşa təmsilçisindən üstün olan Azər gərgin keçən son görüşdə daha bir Rusiya təmsilçisinə uduzub və çempionatı beşinci sırada tamamlayıb. 

50 kq-da yarışan Zaur Nuriyev mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Almaniya və Belarusdan olan rəqiblərini məğlub edən güləşçimiz növbəti görüşdə Gürcüstan idmançısına uduzub. Rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Təsəlliverici görüşdə Rusiyadan olan rəqibinə şans verməyən Zaur həlledici görüşdə daha bir Rusiya idmançısı ilə qarşılaşıb. Rəqibinə tam üstünlüklə qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb. 

69 kq çəki dərəcəsində mübarizə aparan Ülvi Qənizadə yarımfinala qədər inamlı təsir bağışlayıb. Finlandiya, Xorvatiya və Belarusdan olan rəqiblərini tam üstünlüklə, rəqiblərinə bir xal vermədən mübarizədən kənarlaşdıran güləşçimiz yarımfinalda uduzub. Bürünc medal uğrunda görüşdə Ülvinin rəqibi Rusiya idmançısı olub. Tam üstünlüklü qələbə güləşçimizə bürünc medal qazandırıb. 

42 kq
Bürünc medal görüşü - Azər Muxtarlı - Huseyin Raxmonov (RUS) 6:7
Təsəlliverici görüş - Kamil Czarnecki (POL) - Azər Muxtarlı 2:10
1/4 final - Azər Muxtarlı - Anvar Allaxyarov (RUS) 1:10
1/8 final - Azər Muxtarlı - Danilo Tsimbal (UKR) 11:2

50 kq
Bürünc medal görüşü - Zaur Nuriyev - Ruslan Gadjiev (RUS) 6:0
Təsəlliverici görüş - Abu Muslim Amaev (RUS) - Zaur Nuriyev 0:8
1/4 final - Zaur Nuriyev - Giorgi Şotadze (GEO) 4:6
1/8 final - Zaur Nuriyev - Aliaksandr Peçurenka (BLR) 9:1
1/16 final - Zaur Nuriyev - Steven Ecker (GER) 8:0

58 kq
1/16 - Nikalas Petrov Sulev (BUL) - Cavidan Cavadov 3:1
1/32 final - Cavidan Cavadov - David Borecki (CRO) 10:2

69 kq
Bürünc medal görüşü - Lom-Ali Addiev (RUS) - Ülvi Qənizadə 0:8
1/2 final - Ülvi Qənizadə - Malxas Amoyan 0:4
1/4 final - Ülvi Qənizadə - Martun Badalian (BLR) 8:0
1/8 final - Ülvi Qənizafə - Pavel Puklavec (CRO) 9:0
1/16 final - Şirxan Quliyev - Lom-Ali Addiev (RUS) 0:7
1/16 final - Ülvi Qənizadə - Eemeli Ketonen (FİN)  8:0

85 kq
1/4 final - Tehran Əminzadə - Giorgi Katsanaşvili 3:6
1/8 final - Tehran Əminzadə - Mihalio Andric (SWE) 7:3
1/16 final - Tehran Əminzadə - Vladislav Bejuc (MDA) 6:0

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.