22 iyul 2016 13:15

Jalə Əliyeva AÇ-də gümüş medala yiyələndi

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəkidə yeniyetmə qızlar arasında qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub. 

49 kq çəki dərəcəsində mübarizə aparan Jalə Əliyeva ilk görüşdə komanda yoldaşı ilə görüşdən qalib ayrılıb. Ardınca Türkiyə, Rusiya və Ukraynadan olan rəqiblərinə qarşı əzmkar mübarizə nümayiş etdirən güləşçimiz finala yüksəlib. Final görüşündə Jalə Almaniyadan olan idmançı ilə gərgin keçən görüşü bərabərə bitirib. Ancaq xalların keyfiyyətinə görə rəqib üstün olub. Güləşçimiz gümüş medala yiyələnib.

38 kq
1/4 final - Şahanə Nəzərova - Zehra Demirhan (TUR) 0:5

43 kq
1/8 final - Aynur Camalova - Stefania-Claudia Priceputu (ROM) 0:4

49 kq
FİNAL - Emilie Haase (GER) - Jalə Əliyeva 16*:16
Təsəlliverici görüş - Alina Zokoeva - Olga Gurova (RUS) 2:8
Təsəlliverici görüş - Alina Zokoeva - Zeynep Yetgil (TUR) 3:0
1/2 final - Veronika Ryabovova (UKR) - Jalə Əliyeva 11:14
1/4 final - Olga Gurova (RUS) - Jalə Əliyeva 4:6 tuşe (104 san.)
1/8 final - Jalə Əliyeva - Zeynep Yetgil (TUR) 12:6
1/16 final - Alina Zokoeva - Jalə Əliyeva 0:4 (35 san.)

56 kq
Təsəlliverici görüş - Ceyla Nağızadə - Oksana Çudik (UKR) 1:2
1/16 final - Ceyla Nağızadə - Alina Akobiia (UKR) 1:8

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.