20 iyul 2016 23:15

AÇ-nin ikinci günündə 2 gümüş və 5 bürünc medal

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ilk yarış günündə mübarizə aparan sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

İkinci yarış günündə 46, 54, 63, 76 və 100 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 2 gümüş və 5 bürünc medalla başa vurub.

46 kq çəkidə mübarizə aparan Əsgər Məmmədəliyev Ukrayna və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya idmançısına məğlub olub. Bürünc medal uğrunda güləşçimiz  daha bir Rusiya idmançısı ilə qarşılaşıb. Yüksək əzmkarlıq göstərən Əsgər son saniyədə qazandığı xalla hesabı bərabərləşdirərək görüşü qalib başa vurub və çempionatın bürünc medalını qazanıb.

54 kq çəki dərəcəsində yarışan Sabutay Əmişov da bürünc medal uğrunda görüşə haqq qazanıb. Mübarizəyə 1/16 finaldan başlayan güləşçimiz Moldova və Ukrayna təmsilçilərini üstələyib. Ancaq 1/4 finalda Yunanıstan təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Sabutay komanda yoldaşı Maqomedqadji Kasumovu da mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Gürcüstan təmsilçisini də üstələyən Sabutay çempionatın bürünc medalına sahib olub. 

63 kq çəkidə yarışan Djopua İnal finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Moldova və Ukrayna güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimiz yarımfinalda komanda yoldaşı Qadjimurad Qadjiyevi də məğlub edib. Qadjimurad Qadjiyev isə yarımfinala qədər Rusiya, Almaniya və Türkiyədən olan rəqiblərini üstələyib. Djopua İnal finalda, Qadjimurad Qadjiyev isə bürünc medal uğrunda görüşə çıxıb. Qadjimurad Qadjiyev bürünc medal qazansa da, finalda uduzan Djopua İnal gümüş medalla kifayətlənib. 

76 kq çəkidə mübarizə aparan Rəşad Yusifli ardıcıl olaraq Belarus, Ukrayna, Rusiya və Almaniyadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Həlledici görüşdə daha bir Rusiya idmançısı ilə qarşılaşan güləşçimiz görüşü məğlub başa vurub və gümüş medala yiyələnib. 

100 kq çəkidə yarışan hər iki güləşçimiz yarımfinalda uduzub və bürünc medal uğrunda görüşə haqq qazanıb. Əli Əminzadə yarımfinala qədər Gürcüstan və Yunanıstan, Asxab Həmzətov isə Almaniya və Bolqarıstandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Əli Türkiyə, Asxab isə Rusiyadan olan rəqibinə məğlub olub. Həlledici görüşdə güləşçilərimiz Ermənistan və Rusiyadan olan idmançılarla qarşılaşıb. Hər iki güləşçimiz rəqiblərini məğlub edib və çempionatın bürünc medalına sahib olub. 

46 kq
Bürünc medal görüşü - Biaman Yakovlev (RUS) - Əsgər Məmmədəliyev 8:8*
1/2 final - Əsgər Məmmədəliyev - Alik Xadartsev (RUS) 1:7
1/4 final - Əsgər Məmmədəliyev - Simon Beridze (GEO) 8:2
1/8 final - Əsgər Məmmədəliyev - Makar Viqivskiy (UKR) 10:0

54 kq
Bürünc medal görüşü - Sabutay Əmişov - Goderdzi Dzebisaşvili (GEO) 6:4
Təsəlliverici görüş - Maqomedqadji Kasumov - Sabutay Əmişov 8:9
Təsəlliverici görüş - Kristian Brzezinski (POL) - Maqomedqadji Kasumov 4:14
1/4 final - Sabutay Əmişov - Georgios Pilidis (GRE) 2:4
1/8 final - Sabutay Əmişov - İhor Nikiforuk (UKR) 12:6
1/8 final - Georgios Pilidis (GRE) - Maqomedqadji Kasumov 8:5
1/16 final - Sabutay Əmişov - İon Saranut (MDA) 12:1
1/16 final - Maqomedqadji Kasumov - David Kopriva (CZE) 14:1

63 kq
FİNAL - Arman Andreasyan (ARM) - Djopua İnal 4:3
Bürünc medal görüşü - Erik Aruşanian (UKR) - Qadjimurad Qadjiyev 2:13
1/2 final - Qadjimurad Qadjiyev - Djopua İnal 0:10
1/4 final - Qadjimurad Qadjiyev - Abdurrahman Tekgöz (TUR) 10:1
1/4 final - Erik Aruşanian (UKR) - Djopua İnal 1:3
1/8 final - Qadjimurad Qadjiyev - Tino Rettinger (GER) 12:2
1/8 final - Djopua İnal - Valentin Borzin (MDA) 7:0
1/16 final - Qadjimurad Qadjiyev - Arsen Tomaev (RUS) 8:3
1/16 final - Simon Voytkovski (POL) - Djopua İnal 0:10

76 kq
FİNAL - Devid Betanov (RUS) - Rəşad Yusifli 6:5
1/2 final - Johannes Martin Deml (GER) - Rəşad Yusifli 2:4
1/4 final - Rəşad Yusifli - Ansariav Şaripov (RUS) 6:5
1/8 final - Andriy Giika (UKR) - Rəşad Yusifli 2:7
1/8 final - İslam Əliyev - Ansariav Şaripov (RUS) 2:3
1/16 final - İslam Əliyev - David Morillas (ESP) 10:0
1/16 final - Rəşad Yusifli - Aliaksei Afanasenka (BLR) 10:0

100 kq
Bürünc medal görüşü - Aslanbek Qazzaev (RUS) - Əli Əminzadə 3:8
Bürünc medal görüşü - Aşot Ruşanyan (ARM) - Asxab Həmzətov 0:4
1/2 final - Asxab Həmzətov - İsmail-Bek Nirov (RUS) 1:5
1/2 final - Əli Əminzadə - Feyzullah Akturk (TUR) 1:4
1/4 final - Aleksandros Papodopulos (GRE) - Əli Əminzadə 0:9
1/4 final - Asxab Həmzətov - Daniel Veselinov (BUL) 4:0
1/8 final - Elguja Balançivadze (GEO) - Əli Əminzadə 0:12
1/8 final - Riçard Stoll (GER) - Asxab Həmzətov 2:6

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.