4 iyul 2016 00:15

Almaniya qran prisinin ikinci günündə 3 qızıl və 1 gümüş medal

Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə qran pri beynəlxalq turniri keçirilir. Azerisport.az xəbər verir ki, turnirin ikinci yarış günündə 57, 61, 70 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 3 qızıl və 1 gümüş medalla başa vurub.

57 kq çəkidə yarışan Mircəlal Həsənzadə mübarizəyə 1/4 finaldan başlayıb. Ardıcıl olaraq Almaniyanın iki idmançısını məğlub edib və finala yüksəlib. Finalda ABŞ idmançısı Denis Danielə uduzan güləşçimiz gümüş medalla kifayətlənib. 

61 kq-da mübarizə aparan Hacı Əliyev də yarışa 1/4 finaldan başlayıb. Özbəkistan və Almaniyadan olan rəqiblərini böyük fərqlə üstələyən Hacı finala yüksəlib. Son görüşdə Polşadan Krustof Bienkovskini də üstələyən Hacı turnirin qızıl medalını qazanıb. 

70 kq çəkidə təmsilçimiz Gitinomaqomed Hacıyev də Türkiyə və Qazaxstandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda Almaniya təmsilçisi Vickel Lennardı da məğlub edən güləşçimiz turnirin qızıl medalına yiyələnib.

125 kq çəkidə mübarizə aparan Cəmaləddin Məhəmmədov isə komanda yoldaşlarından fərqli olaraq bir görüş artıq keçirib. Mübarizəyə 1/8 finaldan qoşulan Cəmaləddin Qazastan, Ukrayna və Polşadan olan rəqiblərini məğlub edib. Finala yüksələn təmsilçimiz son görüşdə Qazaxstan idmançısı Daulet Şabanbayla qarşılaşıb. Rəqibini məğlub edən Cəmaləddin turnirin qızıl medalına sahib olub.

Xatırladaq ki, ilk yarış günündə güləşçilərimiz 4 qızıl və 1 gümüş medal qazanıb. Qızıl medalları yığmamıza yunan-Roma güləşçisi Rafiq Hüseynov (75 kq), sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Xetaq Qazyumov (97 kq) qazandırıb. Şərif Şərifov (86 kq) isə gümüş medala yiyələnib.

57 kq
1/4 final - Mircəlal Həsənzadə - Artur Eisenkrein (GER) 10:0
1/2 final - Edwald Marcel (GER) - Mircəlal Həsənzadə 0:10
FİNAL - Mircəlal Həsənzadə - Denis Daniel (USA) 2:3

61 kq
1/4 final - Abbas Raxmonov (UZB) - Hacı Əliyev 2:13
1/2 final - Wolfer Manuel (GER) - Hacı Əliyev 2:12
FİNAL - Hacı Əliyev - Krustof Bienkovski (POL) 10:0

70 kq
1/4 final - Haydar Yavuz (TUR) - Gitinomaqomed Hacıyev 0:12
1/2 final - Gitinomaqomed Hacıyev - Nurlan Bekzanov (KAZ) 5:2
FİNAL - Vickel Lennard (GER) - Gitinomaqomed Hacıyev 6:12

125 kq
1/8 final - Cəmaləddin Məhəmmədov - Dmitri Popov (KAZ) 7:3
1/4 final - Danilo Kartavyi (UKR) - Cəmaləddin Məhəmmədov 1:11
1/2 final - Robert Baran (POL) - Cəmaləddin Məhəmmədov 1:9
FİNAL - Daulet Şabanbay (KAZ) - Cəmaləddin Məhəmmədov 6:12

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.