22 iyun 2016 21:00

Nofəl və İslam qızıl, Sənan bürünc medal qazandı

Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ilk yarış günündə güləşçilərimizdən Mikayıl Rəhmanov (60 kq) qızıl və Azər Nəsibli (50 kq) gümüş medal qazanıb.

Çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurub.

55 kq çəkidə mübarizə aparan Nofəl Babayev ilk görüşündə Gürcüstan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Türkiyə təmsilçisi ilə gərgin keçən növbəti görüşü də üstün tamamlayan güləşçimiz yarımfinalda yerli Rumıniya idmançısı ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada hesab və xalların keyfiyyəti bərabər olsa da sonuncu xalı qazanan Nofəl Babayev görüşü qalib başa vurub. Finala yüksələn güləşçimiz həlledici görüşdə Ukrayna idmançısını da məğlub edib və gənclərin Avropa çempionatında ikinci dəfə qızıl medal qazanıb. 

66 kq çəkidə yarışan Sənan Süleymanov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq Serbiya, Ermənistan və Slovakiyadan olan rəqiblərini üstələyən güləşçimiz yarımfinalda Ukrayna təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüşdə hesab bərabər olsa da xalların keyfiyyətinə görə rəqib üstün olub. Sənan Süleymanov bürünc medal uğrunda görüşdə Moldovadan olan rəqibini tam üstünlüklə məğlub edib və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

84 kq çəkidə mübarizə aparan İslam Abbasov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Yunanıstan, Almaniya və Xorvatiyadan olan rəqiblərindən ümumilikdə 28 xal alan İslam rəqibə cəmi 2 xal verib. Final görüşündə güləşçimizTürkiyə təmsilçisini də məğlub edərək Avropa çempionatının qızıl medalına sahib olub. Bununla da İslam Abbasov gənclərin Avropa çempionatında üçüncü qızıl medalını qazanıb.

55 kq
1/8 final - Nofəl Babayev - Dato Çxartişvili (GEO) 5:0 (tuşe)
1/4 final - Nofəl Babayev - Ekrem Süleyman Öztürk (TUR) 7:6
1/2 final - Teodor Horatau (ROM) - Nofəl Babayev 6:6*
FİNAL - Jora Abovian (UKR) - Nofəl Babayev 2:4

66 kq
1/16 final - Sənan Süleymanov - Aleksa Erski (SRB) 6:2
1/8 final - Sənan Süleymanov - Malxas Amoyan (ARM) 9:6
1/4 final - Leos Drmola (SVK) - Sənan Süleymanov 2:10
1/2 final - Pərviz Nəsibov (UKR) - Sənan Süleymanov 7*:7
Bürünc medal görüşü - Valeriu Toderean (MDA) - Sənan Süleymanov 0:10

84 kq
1/8 final - Efstratios Nikitas (GRE) - İslam Abbasov 0:9
1/4 final - Arian Gueney (GER) - İslam Abbasov 0:8 (84 san.)
1/2 final - İslam Abbasov - İvan Huklek (CRO) 11:2
FİNAL - İslam Abbasov - Ali Cengiz (TUR) 6:1

120 kq
1/4 final - Adəm Cəlilov - Nikolay İzmaylov (RUS) 3:8
Təsəlliverici görüş - Artur Vititin (EST) - Adəm Cəlilov 3:0

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.