21 iyun 2016 10:50
AÇ-2016: ilk gündə yunan-Roma güləşçiləri yarışır
Bu gün Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparır.
50 kq
1/4 final - Azər Nəsibli - Csaba Horvath (HUN)
60 kq
1/8 final - Mikayıl Rəhmanov - Etienne Kinsinger (GER)
74 kq
1/16 final - Mehrac Kərimov - Serkan Akkoyun (TUR)
96 kq
1/16 final - Martinas Nemsevicius (LTU) - Soslan Fanziyev
İlk görüşlər Bakı vaxtı ilə saat 11:00-da, final görüşləri isə 20:30-da başlayacaq.
