13 iyun 2016 13:20

Oktay Hüseynovun xatirəsinə açıq Respublika turniri keçirilib

Bakı İdman Sarayında Beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” Oktay Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında açıq Respublika turniri keçirilib. Azerisport.az xəbər verir ki, yarışda yerli iştirakçılarla yanaşı, Gürcüstan, Türkiyə və Rusiyadan ümumilikdə 220 yeniyetmə pəhləvan mübarizə aparıb.

Turnirin açılış mərasimində çıxış edən Respublika Olimpiya İdman Liseyinin direktoru Rasim Muradov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov, Milli Məclisin deputatları Adil Əliyev, Ülvi Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev və Oqtay Hüseynovun tələbələri adından, dünya çempionu, Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elmi-mədəni, idman mərkəzinin təsisçisi, Ümumukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri, yarışın təşkilat komitəsinin sədri Oleq Krapivin turnirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Daha sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov çıxış edib və yarış iştirakçılarına uğurlar arzulayıb. 

Ölkəmizdə idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran natiqlər hazırda bu ənənənin uğurla davam etdirildiyini vurğulayıblar. Bildirilib ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib.

Çıxışlarda Azərbaycanda güləşin də inkişafının diqqət mərkəzində olması məmnunluqla qeyd edilib. Bildirilib ki, güləşçilərimiz qatıldıqları beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edərək medallar qazanırlar.

Açılış mərasimindən sonra turnirin final görüşləri keçirilib, qalib və mükafatçılara diplom, pul mükafatı və idman geyimi hədiyyə edilib.

29 kq
1. Dəryanquliyev Arzuman (Qazax)
2. Musayev İbrahim (Azəri İK)
3. Abdullayev Ruslan (Şağan GK)
3. Mustafazadə Emil (ROİL)         

32 kq
1. Nuriyev Heydər (Cəlilabad Gömrük)
2. Heybətov Ramik (Zenit İC)
3. İbrahimov Abdulrəhman (Gəncə RİM)
3. Abdullayev Atilla (Xızı)

35 kq
1. Aslanov Riad (Abşeron)
2. Nəbiyev Mircavad (Masallı)
3. Abdullayev Abdul (Təhsil)
3. Muradov Kənan (Şağan GK)   

38 kq
1. Məmmədzadə Kənan (Müşviqabad)
2. İmanov Rəhman (Zenit İC)
3. Məmmədov Müstaəba (Abşeron)
3. Axundov Şəmistan (Qazax)

42 kq
1. Bayramov Zirətdin (Şəmkir)
2. Qaraşvili Omar (GEO)
3. Kurxuli Gigi (GEO)
3. Abdulov Əmir (ROİL)   

47 kq
1. Zubairov Axmed (RUS)
2. Quliyev Məhəmmədəli (Təhsil)
3. Nəsirov Əbilfəz (Şirvan)
3. Əliyev Sadiq (Cəlilabad Gömrük)

53 kq
1. Abdullayev Arif (RUS)
2. Cəfərov Sabir (Təhsil)
3. Əliyev Məhəmmədəli (Astara)
3. Əhmədov Məmməd (Təhsil)   

58 kq
1. Paşayev Tapdıq (Qazax)
2. Aşurov İzzət (Gömrük)
3. Əsədullayev Zakir (Astara)
3. Soltanov Kamran (Müşviqabad)

66 kq
1. Əzizov Rəşad (ROİL)
2. Kuçuaşvili Davit (GEO)
3. Cabbarlı İsmayıl (Gömrük)
3. Həmidov Ruslan (Masallı)   

73 kq
1. Həmidov Valeh (Azəri İK)
2. Muradlı Cəfərsadiq (Cəlilabad Gömrük)
3. Cabbarov Fərid (ROİL)
3. Şabanov Abdulcəlil (Abşeron)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.