10 may 2016 14:00

Güləşçilərimiz Dağıstanda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb

Dağıstan Respublikasının Çumada rayonunda Sovet İttifaqı qəhrəmanı Kadi Abakarovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 44-cü beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən böyüklərdən ibarət yığma komandanın üzvləri yarışlarda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

61 kq çəkidə mübarizə aparan Əhmədnəbi Qvarzatilov və 70 kq çəkidə yarışan Məhəmməd Müslümov bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına yiyələnib. Əhmədnəbi Qvarzatilov finalda yerli idmançı Şamil Omarov, Məhəmməd Müslümov isə komanda yoldaşı Murtuzəli Müslümov üzərində qələbə qazanıb.

Digər gümüş medala gərgin keçən final görüşündə yerli idmançı Zaur Uquyevə uduzan Georgi Edişeraşvili (57 kq) sahib olub. Görüşdə 4:4 hesablı bərabərlik qeydə alınsa da, son xalı rəqibin qazanması görüşün də onun xeyrinə başa çatması ilə nəticələnib. 

74 kq çəkidə mübarizə aparan Ruslan Dibirhacıyev isə turnirin bürünc medalına yiyələnib.

Bundan başqa 57 kq-dakı təmsilçimiz Georgi Edişeraşvili "ən yaxşı texnikalı güləşçi" nominasiyasında turnirin mükafatına layiq görülüb. (AGF)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.