29 aprel 2016 20:15

AGF Kubokunda son gün 3 qızıl, 4 gümüş və 9 bürünc medal

"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparıb.

Son yarış günündə sərbəst güləş üzrə 89 gənc pəhləvan yarışıb. Yığmamızın üzvləri son yarış günündə 3 qızıl, 4 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabın Azərbaycan 73 xalla birinci, İran 64 xalla ikinci, eyni xal toplayan Gürcüstan yığması üçüncü yerdə qərarlaşıb.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub.

50 kq
FİNAL - Əliabbas Rzazadə - Alireza Goodarzi (İRİ) 13:11
Bürünc medal görüşü - Şahin Muxtarov - Aybek Suleimenov (KAZ) 9:7
Bürünc medal görüşü - Giorgi Goniaşvili (GEO) - Aidar Alimbekov (KGZ) 4:15           

55 kq
FİNAL - Əfqan Xaşalov - Mahir Əmiraslanov 1:1*
Bürünc medal görüşü - İslam Bazarqanov - Teymuraz Vanişvili (GEO) 8:5
Bürünc medal görüşü - Xeyrullah Qahramani (İRİ) - Kənan Ağamalıyev 14:11

60 kq
FİNAL - Qadisa Qeriya - Peiman Biabani (İRİ) 0:7
Bürünc medal görüşü - Giorgi Pasikaşvili (GEO) - Mahdi Niazcenqeşlaqi (İRİ) 0:10
Bürünc medal görüşü - Əli Rəhimzadə - Abdul Axmedov (RUS) 12:8   

66 kq
FİNAL - İveriko Julakidze (GEO) - Fazil Həsənov 9:5
Bürünc medal görüşü - Nabibulla Magomedov (RUS) - Orxan Abbasov 5:7
Bürünc medal görüşü - Qüdrət Ağayev - Pənah İlyaslı 6:8

74 kq
FİNAL - Murad Süleymanov - Tariel Qafrindaşvili (GEO) 12:2
Bürünc medal görüşü - Sənan Əlizadə - İsmayıl Abdullayev 0:7
Bürünc medal görüşü - Nika Kentçadze (GEO) - Ahmad Bazriqaleh (İRİ) 1:9 

84 kq
FİNAL - Zaur Beradze (GEO) - Kamran Qasempour (İRİ) 0:11
Bürünc medal görüşü - Rahid Həmidli - Kantro Talantbek (KGZ) 7:3
Bürünc medal görüşü - Meki Simonia (GEO) - Hacımurad Məhəmmədsəidov 0:10

96 kq
1. Givi Matçaraşvili (GEO)
2. Hossein Şahbaziqazvar (İRİ)
3. Məhəmmədrəsul Qazıməhəmmədov    

120 kq
FİNAL - Amir Reza Amiri (İRİ) - Alimaqomed Alixmoyev 5:0
Bürünc medal - Vitali Piasniak (BLR)
Bürünc medal görüşü - Rüstəm Haçberov - Zuriko Urtaşvili (GEO) 0:5

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.