17 aprel 2016 23:00

Şalva Qadabadze Avropa təsnifat turnirinin bürünc medalını qazandı

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri başa çatıb. Azerisport.az xəbər verir ki, turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edib.

Son yarış günündə daha iki güləşçimiz Olimpiya vəsiqəsi uğrunda mübarizə aparıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

69 kq çəkidə mübarizə aparan təmsilçimiz Elis Manolova ilk görüşdə Polşadan Aqnieszka Kordusa məğlub olaraq Olimpiadaya vəsiqə qazana bilməyib. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizin turnirin bürünc medalı qazanmasına şans verib. Təsəlliverici görüşdə Rumıniyadan Adina Popescu üzərində qələbə qazansa da, Elis Manolova həlledici görüşdə Ukraynanın təcrübəli idmançısı Alina Stadnik Maxinyaya uduzub və turniri 5-ci sırada bitirib.

98 kq çəkidə yarışan yunan-Roma güləşçimiz Şalva Qadabadze Estoniyadan olan rəqibi Ardo Arusaarla gərgin keçən görüşü minimal hesabla uduzaraq Olimpiya vəsiqəsini qazana bilməyib. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal qazanmaq şansı verib. Təsəlliverici görüşdə Şalva Finlandiyadan olan Tumas Lahtini mübarizədən kənarlaşdırıb. Bürünc medal görüşündə isə güləşçimiz Belarusdan Timafey Dzeiniçenka ilə qarşılaşıb. Bərabər hesabla bitən görüşdə qalib gələn Şalva Qadabadze Avropa təsnifat turnirinin bürünc medalına sahib olub.

69 kq (qadın)
1/8 final - Elis Manolova - Aqnieszka Jadviqa Vieszczek-Kordus (POL) 0:5
Təsəlliverici görüş - Elis Manolova - Adina Elena Popescu (ROU) 3:0
Bürünc medal görüşü - Elis Manolova - Alina Stadnik Maxinya (UKR) 0:5

98 kq (yunan-Roma)
1/8 final - Şalva Qadabadze - Ardo Arusaar (EST) 2:3
Təsəlliverici görüş - Şalva Qadabadze - Tumas Heikki Juhani Lahti (FİN) 6:1
Bürünc medal görüşü - Şalva Qadabadze - Timafey Dzeiniçenka (BLR) 1*:1

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.