13 aprel 2016 00:25

Qarabağ qazisi güləş yığmamızın üzvləri ilə görüşdü

Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olan sərbəst güləşçilərimizin bu günkü məşqini izləyənlər arasında Qarabağ qazisi Kamil Musavi də olub. Azerisport.az xəbər verir ki, Azərbaycan ordusunun baş leytenantı olan bu vətənpərvər soydaşımız döyüş tapşırığını yerinə yetirərkən bir ayağını və bir gözünü itirib.

Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə "Vətənə Xidmət medalı" ilə təltif olunub. Yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub. Qazax güləş məktəbinin yetirməsi, sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudovun tələbəsi olan Kamil bu gün də məşqlərini davam etdirir. Bundan sonrakı arzusunun Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmək olan qazimiz güləş yığmamızın üzvləri ilə görüşdə öz ürək sözlərini də bölüşüb:

"Mən çox istəyərdim ki, həmişə qalib olasınız. Xalqımızın həqiqətən qələbəyə, bayrağımızın yüksəlməsinə ehtiyacı var. Dünyada bizi o qədər də tanımırdılar. Ancaq Toğrul, Hacı, Xetaq, Şərif və digərlərinin sayəsində dünyada bizi tanıyırlar. Sağ olsun müəllimlərimiz də ki, sizdən öz dəstəklərini əsirgəmirlər. Bircə arzum odur ki, yarış zamanı kimə uduzsanız da, erməniyə uduzmayın. Bayrağımızı daim yüksəklərə qaldırın".

Sonda yığma komandanın üzvləri ilə xatirə şəkli şəkdirilib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.