7 aprel 2016 15:20

Xeyrabadi: Olimpiya Oyunlarında tarix yazacağıq

15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, güləş üzrə Azərbaycan yığma komandaları turnirə və qarşıdan gələn yarışlara hazırlığı davam etdirir.

Yunan-Roma güləşi üzrə yığmamız Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışlarını davam etdirir. Bu gün yığmanın mətbuat üçün açıq məşqi keçirilib.

Məşqdən sonra komandanın baş məşqçisi Cəmşid Xeyrəbadi jurnalistlərə verdiyi açıqlamasında "Rio-2016"da yüksək nəticə qazanacaqlarına inandığını bildirib.

O, hazırlıqdan və əldə olunan nəticələrdən danışıb: "Las Veqasdakı dünya çempionatından qayıdandan sonra əvvəlki proqram üzrə davam etdik. 14 məşq proqramı hazırlamışıq və bu istiqamətdə də məşqlər gedir. İki lisenziya turnirində iki fərqli heyət iştirak edəcək. İnanıram ki, ilk lisenziya yarışından bunları əldə edərik. Bundan sonra möhkəm komanda olaraq həmin tədbirdə iştirak edərik. Alınmasa, ikinci və üçüncü komandalarımız da hazırdır. Lisenziya əldə etdikdən sonra olimpiadada uğurla çıxış edərik. İlk dəfə olaraq Dünya Kubokunda kürsüyə çıxdıq, 3-cü yeri tutduq. Tehranda Rusiya və İran komandasını udub birinci yeri qazandıq. Ardınca 4 lisenziya aldıq və daha bir tarix yazdıq. "Bakı 2015" I Avropa Oyunlarında 6 medal qazandıq, Las Veqasda dünya ikincisi olduq. İnanıram ki, güləşçilərin, məşqçilərin, federasiyanın zəhməti boşa çıxmayacaq və Olimpiya Oyunlarında da tarix yazacağıq. Nəticədə Azərbaycan xalqını sevindirəcəyik".

Xatırladaq ki, yunan-Roma güləşi üzrə yığmamız 2015-ci ildə Las Veqasda keçirilən və Olimpiya Oyunlarına lisenziya verən Dünya çempionatında 6 mümkün vəsiqədən 4-nü qazanıb. 59, 75, 85 və 130 kq çəkilərdə güləşçilərimiz elə ilk cəhddəcə Olimpiya vəsiqələrini əldə edib.

İlk cəhddə vəsiqə əldə edilməyən çəki dərəcələri üçün güləşçilərimiz qitə və dünya təsnifat turnirlərində mübarizə aparacaq. Bu yarışlar 15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində keçiriləcək Avropa təsnifat turniri, 22-24 apreldə Monqolustanın Ulan Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turniri və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turniri olacaq.

Braziliyanın Rio-de Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunlarında 14-21 avqust tarixlərində sərbəst, yunan-Roma və qadın güləşçilər 18 dəst medal uğrunda mübarizə aparacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.