3 aprel 2016 23:00

Hacımurad gümüş, Zəlimxan bürünc medal qazandı

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, çempionatın beşinci günündə mübarizəyə qoşulan sərbəst güləşçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurub. Mircəlal Həsənzadə (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Murad Süleymanov (74 kq) gümüş medala sahib olub.

Yarışların son günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçiləri yarışıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub.

61 kq-da mübarizə aparan Zəlimxan Vəliyev ilk olaraq Türkiyədən Selim Kozan üzərində inamlı qələbə qazanıb. Ardınca Almaniya təmsilçisi Manuel Volferi üstələyən güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda yerli idmançı Dimitar İvanova uduzan Zəlimxan bürünc medal şansını saxlayıb. Həlledici görüşdə güləşçimiz Ukrayna təmsilçisi Vadim Duxnodan üstün olub və çempionatın bürünc medalını qazanıb.

70 kq çəki drəcəsində mübarizə aparan Hacımurad Ömərov bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Final yolunda güləşçimiz Gürcüstandan Davit Buziaşvili, Moldovadan Nicolai Çireacov, yarımfinalda isəı Ukraynadan Vasil Mixailov üzərində qələbə qazanıb. Son görüşdə Hacımuradın rəqibi Rusiyada Rasul Arsanaliev olub. Gərgin keçən qarşılaşmada güləşçimiz zədələnsə də görüşü sona qədər davam etdirib. Minimal fərqlə rəqibinə uduzan Hacımurad Ömərov çempionatın gümüş medalına sahib olub.

Ümumilikdə 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan sərbəst güləş yığmamız 49 xal toplayaraq komanda hesabında Rusiya (64), Gürcüstan (54) və Türkiyədən (51) sonra dördüncü pillədə qərarlaşıb.

61 kq
1/8 final - Selim Kozan (TUR) - Zəlimxan Vəliyev 0:4
1/4 final - Zəlimxan Vəliyev - Manuel Volfer (GER) 7:4
1/2 final - Dimitar Lyubomirov İvanov (BUL) - Zəlimxan Vəliyev 12:1
Bürünc medal görüşü - Vadim Duxno (UKR) - Zəlimxan Vəliyev 4:6

70 kq
1/8 final - Hacımurad Ömərov - Davit Buziaşvili (GEO) 4:2
1/4 final - Hacımurad Ömərov - Nicolai Çireacov (MDA) 12:2
1/2 final - Hacımurad Ömərov - Vasil Mixailov (UKR) 6:5
FİNAL - Hacımurad Ömərov - Rasul Arsanaliev (RUS) 9:11

86 kq
1/8 final - Aliaksandr Huştin (BLR) - Hacımurad Məhəmmədsəidov 6*:6

125 kq
1/8 final - Andrei Nikolaev (MDA) - Səid Həmidov 0:10 (107 san)
1/4 final - Səid Həmidov - Yunus Emre Dede (TUR) 2:3

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.