1 aprel 2016 22:00

Alyona gümüş, Leyla bürünc medal qazandı

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə mübarizəyə qoşulan qadın güləşçilərimiz 1 qızıl və 2 bürünc medal qazanıb. Tatyana Omelçenko (60 kq) qızıl, Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq) bürünc medala yiyələnib.

Yarışların dördüncü günündə 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub.

53 kq çəkidə mübarizə aparan güləşçimiz Leyla Qurbanova ilk görüşdə Rumıniyadan Simona Pricob, ardınca Türkiyədən Fikriye Gök üzərində qələbə qazanıb. Yarımfinalda Ukrayna təmsilçisi Lilya Horişna ilə görüşü uduzan Leyla bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə güləşçimiz İsveçdən Sandra Sarkkinen ilə dueldən qalib ayrılıb və çempionatın bürünc medalına sahib olub. 

58 kq çəkidə çempionatda iştirak edən Alyona Kolesnik ardıcıl olaraq Moldovadan Ekaterina Rusu və Türkiyədən Derya Bayhanı tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda isə güləşçimiz Ukrayna təmsilçisi Tetyana Kitlə qarşılaşıb. Rəqibinə uduzan Alyona çempionatın gümüş medalı ilə kifayətlənib.

Beləliklə, U-23 Avropa çempionatında qadın güləşçilərin mübarizəsi yekunlaşıb. Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla yarışı tamamlayan qadın güləşçilərimiz komanda hesabında 49 xal toplayaraq Ukrayna (60), Rusiya (60) və Türkiyədən (51) sonra 4-cü yerdə qərarlaşıb.

53 kq
1/8 final - Leyla Qurbanova - Simona Pricob (ROU) 5:2
1/4 final - Fikriye Gök (TUR) - Leyla Qurbanova 0:10
1/2 final - Lilya Horişna (UKR) - Leyla Qurbanova 10:4
Bürünc medal görüşü - Sandra Sofia Sarkkinen (SWE) - Leyla Qurbanova 0:10

58 kq
1/4 final - Ekaterina Rusu (MDA) - Alyona Kolesnik 2:2* (tuşe)
1/2 final - Alyona Kolesnik - Derya Bayhan (TUR) 12:2
FİNAL - Alyona Kolesnik - Tetyana Kit (UKR) 0:3

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.