29 mart 2016 23:00

Murad gümüş, Ruhin və Elton bürünc medal qazandı

Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz ilk yarış gününü 1 gümüş və 2 bürünc medalla başa vurub.

59 kq-da çempionatda iştirak edən Murad Məmmədov mübarizəyə 1/8 finaldan başlayıb və inamla güləşərək finala yüksəlib. Final yolunda güləşçimiz ardıcıl olaraq Slovakiyadan Zoltan Levai, İsraildən Andrey Tsaryuk, yarımfinalda isə Türkiyə təmsilçisi Şerif Yakup Kılıçdan üstün olub. Son görüşdə Rusiyadan Sergey Emelinə uduzan Murad çempionatın gümüş medalına yiyələnib. 

71 kq çəkidə mübarizə aparan Ruhin Mikayılov ilk görüşündə İsveçdən Daniel Mattias Soini, ardınca Yunanıstandan Vasileios Myxakis üzərində inamlı qələbə qazanıb. Yarımfinalda Xorvatiya təmsilçisi Antonio Kamenjaseviclə gərgin keçən görüşü uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Macarıstan güləşçisi Pal Krisztian Kottesi üstələyən Ruhin çempionatın bürünc medalını qazanıb. 

80 kq-da yarışan Elton Vəzirzadə ilk görüşündə Türkiyə təmsilçisi Burhan Akbudaka məğlub olub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan güləşçimiz Latviyadan Ceslavs Bestenisdən üstün olub. Bu qələbə Eltona bürünc medal uğrunda görüşə haqq qazandırıb. Həlledici görüşdə Macarıstan təmsilçisi Zoltan Keriyə də qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb. 

Mübarizəyə 1/16 final mərhələsindən qoşulan 98 kq-da təmsilçimiz Orxan Nuriyev ardıcıl olaraq Finlandiyadan Matti Elias Kuosmanen və Litvadan Romas Fridrikası yarışdan kənarlaşdırıb. 1/4 finalda Gürcüstan təmsilçisi Kukuri Kırtsxaila ilə gərgin keçən görüş isə güləşçimiz üçün uğurlu alınmayıb. Rəqibin finala yüksəlməsi ilə Orxan Polşa təmsilçisi Aleksander Kroczakla təsəlliverici görüşə çıxıb. Görüşü qələbə ilə başa vuran təmsilçimiz bürünc medal uğrunda həlledici görüşə haqq qazanıb.  Rusiyadan Musa Evloevə uduzan Orxan Nuriyev çempionatı 5-ci sırada tamamlayıb. 

59 kq
1/8 final - Zoltan Levai (SVK) - Murad Məmmədov 0:8
1/4 final - Murad Məmmədov - Andrey Tsaryuk (İSR) 8:0
1/2 final - Murad Məmmədov - Şerif Yakup Kılıç (TUR) 7:2
FİNAL - Sergey Emelin (RUS) - Murad Məmmədov 8:0

71 kq
1/8 final - Daniel Mattias Soini (SWE) - Ruhin Mikayılov 0:2
1/4 final - Ruhin Mikayılov - Vasileios Myxakis (GRE) 9:0
1/2 final - Ruhin Mikayılov - Antonio Kamenjasevic (CRO) 5:7
Bürünc medal görüşü - Pal Krisztian Kottes (HUN) - Ruhin Mikayılov 0:8

80 kq
1/8 final - Burhan Akbudak (TUR) - Elton Vəzirzadə 10:1
Təsəlliverici görüş - Elton Vəzirzadə - Ceslavs Bestenis (LAT) 8:0
Bürünc medal görüşü - Elton Vəzirzadə - Zoltan Keri (HUN) 4:3

98 kq
1/16 final - Matti Elias Kuosmanen (FIN) - Orxan Nuriyev 4:9
1/8 final - Orxan Nuriyev - Romas Fridrikas (LTU) 5:0 (tuşe)
1/4 final - Kukuri Kırtsxalia (GEO) - Orxan Nuriyev 3:1
Təsəlliverici görüş - Aleksander Kroczak (POL) - Orxan Nuriyev 2:3
Bürünc medal görüşü - Orxan Nuriyev - Musa Evloev (RUS) 2:6

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.