28 mart 2016 13:30

Güləşçilərimiz Yadigar İmam Kuboku uğrunda turnirin gümüş medalına sahib olub

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" uğrunda ənənəvi beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, bu dəfəki turniri digərlərindən fərqləndirən isə yeniyetmələr arasında ilk dəfə komanda yarışı xarakterli olması idi.

Yarışda həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak edib. Turnirdə Azərbaycanla yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Ermənistan, Yunanıstan, İraq, Macarıstan, Qırğızıstan, Suriya, Ukrayna və İran komandaları mübarizə aparıb.

Yunan-Roma güləşi yarışlarında ölkəmiz iki komanda ilə təmsil olunub. Əsas yığmanın üzvləri qrupda keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Həlledici görüşdə İran güləşçilərinə uduzan komandamızın üzvləri turnirin gümüş medallarına layiq görülüb. Digər komanda isə son görüşdə Macarıstan yığmasını məğlub edib və turniri 9-cu sırada başa vurub.

Sərbəst güləş üzrə yığmanın üzvləri isə turniri 5-ci sırada tamamlayıb. Güləşçilərimiz son görüşdə Gürcüstan yığmasını üstələyib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.