13 mart 2016 22:00

Həsən Əliyev AÇ-də bürünc medal qazandı

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışların ilk günündə güləşçilərimiz 1 bürünc medal qazanıb. Kamran Məmmədov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Çempionatın son günündə yunan-Roma güləşi üzrə 71, 75, 80 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub. Həsən Əliyev çempionatın son günündə yığmamıza bürünc medal qazandırıb.

71 kq-da mübarizə aparan Həsən Əliyev ardıcıl olaraq Latviyadan Kristaps Kalnakarklis, Çexiyadan Jan Zizkanı tam üstünlüklə məğlub etsə də, 1/4 finalda Serbiya təmsilçisi Aleksandar Maksimoviçlə gərgin keçən görüşdə məğlub olub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Həsən İsveçdən Klnut Zakarias Tallrothu təmiz qələbə ilə mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz Türkiyədə Yunus Özellə qarşılaşıb. Rəqib üzərində inamlı qələbə güləşçimizə Avropa çempionatının bürünc medalını qazandırıb.

75 kq çəkidə yarışan Elvin Mürsəliyev ilk görüşdə Latviya təmsilçisi Jevgenijs Kolcovsu tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Ardınca Rusiya təmsilçisi Çingiz Labazanovu məğlub edən güləşçimiz 1/4 finalda Belarusdan Aliaksandr Dzemyanoviç üzərində qələbə qazanıb. Yarımfinalda gürcü Zurab Datunaşviliylə gərgin keçən görüşü uduzan Elvin bürünc medal uğrunda görüşə haqq qazanıb. Ermənistan təmsilçisi Karpet Çalyanla görüşü uduzan güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb.

Xatırladaq ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlarda yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.

71 kq
1/16 final - Kristaps Kalnakarklis (LAT) - Həsən Əliyev 0:8
1/8 final - Jan Zizka (CZE) - Həsən Əliyev 0:8
1/4 final - Aleksandar Maksimovic (SRB) - Həsən Əliyev 3:1
Təsəlliverici görüş - Knut Zakarias Tallroth (SWE) - Həsən Əliyev 1:8 (tuşe)
Bürünc medal görüşü - Həsən Əliyev - Yunus Özel (TUR) 8:1

75 kq
1/16 final - Elvin Mürsəliyev - Jevgenijs Kolcovs (LAT) 8:0
1/8 final - Elvin Mürsəliyev - Çingiz Labazanov (RUS) 5:2
1/4 final - Aliaksandr Dzemyanoviç (BLR) - Elvin Mürsəliyev 6:9
1/2 final - Zurabi Datunaşvili (GEO) - Elvin Mürsəliyev 3:1
Bürünc medal görüşü - Karpet Çalyan (ARM) - Elvin Mürsəliyev 4:1

80 kq
1/16 final - Rafael Samurqaşev (MNE) - Rafiq Hüseynov 0:4 (tuşe)
1/8 final - Pavel Paminçuk (BLR) - Rafiq Hüseynov 4:5
1/4 final - Daniel Aleksandrov (BUL) - Rafiq Hüseynov 8:4

85 kq
1/16 final - Tadeusz Mixalik (POL) - İslam Abbasov 7:1

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.