12 mart 2016 22:30

AÇ-2016: Kamran Məmmədov bürünc medal qazandı

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb.

Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.

Bu gün yunan-Roma güləşi üzrə 59, 66, 98 və 130 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

66 kq çəkidə mübarizə aparan Kamran Məmmədov ilk görüşündə Danimarkadan Calr Anders Poul Ekstroem üzərində qələbə qazansa da, Serbiya təmsilçisi Davor Stefaneklə gərgin keçən görüşdə məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. Bu görüşdə Macarıstandan Kriştian Jageri mübarizədən kənarlaşdıran Kamran bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Litvadan Edgaras Venckaitislə gərgin keçən qarşılaşmanı üstün tamamlayan güləşçimiz Avropa çempionatının bürünc medalına yiyələnib.

98 kq çəkidə yarışlara qatılan gənc güləşçimiz Orxan Nuriyev ilk görüşdə ev sahibi komandanın üzvü Aleksandrs Safonovs üzərində inamlı qələbə qazanıb. Ardınca Almaniyadan Peter Oehleri də məğlub edən güləşçimiz yarımfinala vəsiqə qazanıb. Rusiya təsmilçisi təcrübəli Nikita Melnikovla gərgin keçən görüşü uduzan Orxan bürünc medal uğrunda həlledici qarşılaşmaya çıxıb. Belarus idmançısı Aleksandr Hraboviklə görüşü məğlub başa vuran güləşçimiz çempionatı 5-ci sırada tamamlayıb.

59 kq
1/16 final - Taleh Məmmədov - Virgil Munteanu (ROU) 6:2
1/8 final - Taleh Məmmədov - Soslan Daurov (BLR) 5:0 (tuşe)
1/4 final - Dmitro Tsimbalyuk (UKR) - Taleh Məmmədov 2*:2

66 kq
1/8 final - Kamran Məmmədov - Carl Anders Poul Ekstroem (DEN) 8:0
1/4 final - Kamran Məmmədov - Davor Stefanek (SRB) 0:9
Təsəlliverici görüş - Kriştian Jager (HUN) - Kamran Məmmədov 1:3
Bürünc medal görüşü - Kamran Məmmədov - Edgaras Venckaitis (LTU) 5:2

98 kq
1/8 final - Aleksandrs Safonovs (LAT) - Orxan Nuriyev 0:7
1/4 final - Peter Oehler (GER) - Orxan Nuriyev 2:3
1/2 final - Orxan Nuriyev - Nikita Melnikov (RUS) 1:4
Bürünc medal görüşü - Aleksandr Hrabovik (BLR) - Orxan Nuriyev 6:0

130 kq
1/16 final - Oleksandr Çernetskiy (UKR) - Sabah Şəriəti 4:0
Təsəlliverici görüş - Sabah Şəriəti - Lukasz Banak (POL) 9:0
Təsəlliverici görüş - Sabah Şəriəti - Eduard Popp (GER) 1:3

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.