9 mart 2016 23:00

Yuliya Ratkeviç AÇ-də bürünc medal qazandı

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, yığmamızın üzvləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş medala sahib olub.

Çempionatın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

60 kq çəkidə qadınların yarışında mübarizə aparan Yuliya Ratkeviç ilk görüşündə Bolqarıstandan Canan Manolovanı üstələyib. Yarımfinalda Ukrayna təmsilçisi Oksana Herhellə gərgin keçən görüş bərabərə bitsə də xalların keyfiyyətinə görə rəqib üstün olub. Yuliya Ratkeviç Norveçdən Şarlotta Skauenlə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz təmiz qələbə qazanaraq çempionatı bürünc medalla tamamlayıb.

Sərbəst güləşçilərin yarışında isə 65 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev yarışıb. Mübarizəyə 1/16 final mərhələsindən başlayan güləşçimiz ardıcıl olaraq Slovakiyadan Mikola Bolotnyuku, Estoniyadan Almar Andruseni tam üstünlüklə məğlub edib. 1/4 finalda Fransa təmsilçisi Yuriy Syemakindən də üstün olan Ağahüseyn yarımfinalda İtaliya təmsilçisi, son dünya çempionu Frank Çamizo ilə qarşılaşıb. Bu görüş isə rəqibin üstünlüyü ilə tamamlanıb. Ağahüseyn Mustafayev Ukrayna təmsilçisi Semen Radulovla bürünc medal uğrunda görüşü uduzaraq çempionatı 5-ci sırada başa vurub.

97 kq-da mübarizə aparmalı olan Olimpiya çempionumuz Şərif Şərifov isə zədə səbəbindən mübarizəyə qoşula bilməyib.

53 kq
1/8final -  Anjela Doroqan - Nina Hemmer (GER) 2:5

60 kq
1/4 final - Canan Manolova (BUL) - Yuliya Ratkeviç 2:8
1/2 final - Oksana Herhel (UKR) - Yuliya Ratkeviç 2*:2
Bürünc medal görüşü - Şarlotta Skauen (NOR) - Yuliya Ratkeviç 0:8 (tuşe)

65 kq
1/16 final - Mikola Bolotnyuk (SVK) - Ağahüseyn Mustafayev 0:10
1/8 final - Ağahüseyn Mustafayev - Almar Andruse (EST) 10:0
1/4 final - Ağahüseyn Mustafayev - Yuriy Syemakin (FRA) 6:3
1/2 final - Frank Çamizo (İTA) - Ağahüseyn Mustafayev 11:1
Bürünc medal görüşü - Semen Radulov (UKR) - Ağahüseyn Mustafayev 5:0

97 kq
1/8 final - Şərif Şərifov - İvan Yankouski BLR) (güləşçimiz zədə səbəbindən görüşə çıxmayıb)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.