8 mart 2016 23:30

Stadnik AÇ-də qızıl, Qostiyev gümüş medal qazandı

Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.

Qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik (48 kq) finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. Əvvəlcə Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya təmsilçisi Valentina İslamovanı, yarımfinalda isə Bolqarıstandan Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rumıniya təmsilçisi Emilia Vuc olub. Rəqibinə heç bir şans verməyən Mariya Stadnik növbəti dəfə Avropa çempionu adına sahib olub. Xatırladaq ki, Mariya bu günədək 4 dəfə (2008, 2009, 2011, 2014) Avropa çempionu, ötən il isə ilk Avropa Oyunlarının qalibi olub.

Sərbəst güləş üzrə yarışlarda 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aleksandr Qostiyev də finala qədər bütün rəqiblərindən üstün olub. İlk rəqib Polşadan olan Zbiqnev Baranovski güləşçimizlə görüşə çıxmayıb. Ardınca London Olimpiadasının bürünc medalçısı gürcü Dato Marsaqişvilini üstələyən Qostiyev yarımfinalda Belarus təmsilçisi Aliaksandr Huştini məğlub edib. Finalda güləşçimizin rəqibi Rusiyadan Şamil Kudiamaqomedov olub. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb, güləşçimiz Avropa çempionatını gümüş medalla başa vurub. 

57 kq çəkidə mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov ilk görüşdə Latviya təmsilçisi Eduards Kucepalovsdan üstün olub. Ardınca Ukrayna təmsilçisi Andriy Yatsenkoyla gərgin keçən görüşdə minimal hesabla məğlub olan Mahir rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılıb. Almaniyadan Marcel Evald üzərində qazandığı qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Mahir Əmiraslanovun rəqibi Rumıniyadan Andrey Dukov olub. Ancaq güləşçimiz görüşü uduzub və çempionatı 5-ci sırada tamamlayıb. 

48 kq
1/8 final - Mariya Stadnik - Oleksandra Kogut (UKR) 10:0
1/4 final - Valentina İslamova (RUS) - Mariya Stadnik 2:5
1/2 final - Mariya Stadnik - Elitsa Yankova (BUL) 9:0 (tuşe)
FİNAL - Emilia Vuc (ROU) - Mariya Stadnik 0:10

57 kq
1/8 final - Mahir Əmiraslanov - Eduards Kucepalovs (LAT) 11:1
1/4 final - Andriy Yatsenko (UKR) - Mahir Əmiraslanov 9:8
Təsəlliverici görüş - Marcel Evald (GER) - Mahir Əmiraslanov 0:3
Bürünc medal görüşü - Mahir Əmiraslanov - Andrey Dukov (ROU) 2:12

86 kq
1/8 final - Zbiqnev Baranovski (POL) - Aleksandr Qostiyev 0:3 (rəqib görüşə çıxmayıb)
1/4 final - Dato Marsaqişvili (GEO) - Aleksandr Qostiyev 3:4
1/2 final - Aleksandr Qostiyev - Aliaksandr Huştin (BLR) 3:1
FİNAL - Şamil Kudiamaqomedov (RUS) - Aleksandr Qostiyev 6:2

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.