7 mart 2016 16:00

Dünya Güləş Birliyi Avropa Şurasının illik konfransı keçirilib

8-13 mart 2016-cı il tarixdə keçiriləcək Avropa çempionatı ərəfəsində bu gün Dünya Güləş Birliyi Avropa Şurasının illik konfransı təşkil olunub. Azerisport.az xəbər verir ki, konfransda ölkəmizi Azərbaycan Güləş Federasiyasının baş katibi Rəşad Əli-Zadə, vitse-prezident Maqomed Aliomarov və Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Yaşar Rzayev təmsil edib.

Dünya Güləş Birliyi Avropa Şurasının prezidenti Tseno Tsenov konfrans iştirakçılarını giriş sözü ilə salamlayaraq Avropa qitəsinin Dünya Güləş Birliyinin tərkibində oynadığı mühüm rola diqqət çəkib, ev sahibi ölkəyə təşkilatçılığa görə təşəkkür edib.

Daha sonra Latviya Güləş Federasiyasının prezidenti  Dzintars Urbançiks çıxış edərək belə bir mötəbər yarışın Latviyaya həvalə edilməsinə görə Dünya Güləş Birliyinə təşəkkür edib və təşkilatçılıq işlərinin yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib.

Sonra video bağlantı ilə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç konfrans iştirakçılarını salamlayaraq onlara işlərində uğurlar arzulayıb.

Konfransın gündəliyinə uyğun olaraq Bakıda təşkil olunan ilk Avropa Oyunları zamanı keçirilən konfransda qəbul olunan protokol, Avropada güləşin inkişafı proqramına uyğun olaraq 2015-ci ildə görüşlərin işlərin nəticəsi və büdcənin hesabatı təqdim edilib və təsdiqlənib.

Sonra DGB-Avropa Şurasının 2013-2016-cı illər güləşin inkişaf proqramının icrası barədə müzakirələr aparılıb, 2016-cı il büdcəsi təsdiq edilib və 2016-2017-ci ilin təqvim planı müzakirə edilib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.