6 mart 2016 13:00

Firdovsi Umudov: Biz əsgər yetişdirirk

Martın 5-də “Bədən tərbiyəsi və idman günü” qeyd edilib. Bu münasibətlə bütün idmançılarımızı, Azərbaycan idmanına öz töhvəsini verən şəxsləri təbrik edirik.
 
Təbii ki, bu sahədə böyük rolu olan şəxslərdən biri də “Şöhrət” ordenli, sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudovdur. Firdovsi Umudov Azərbaycanın təbliğatı, idmanın, xüsusən də güləşin inkişafı üçün xeyli işlər görüb. Onun dəfələrlə dünya, dəfələrlə Avropa və olimpiya çempionlarımızın yetişməsində böyük əməyi olub. Elə buna görə də əməkdar məşqçinin uğurları təkcə ölkə hüdudlarında deyil, xaricdə də tanınır. Belə ki, F.Umudov 2012-ci ildə “Düyanın ən yaxşı məşqçisi” adına layiq görülüb.
 
Qeyd etmək yerinə düşər ki, dünyanın ən yaxşı məşqçisi adına layiq görülən yeganə azərbaycanlıdır. Onun əqidəsinin, məqsədinin arxasında vətənpərvərlik, xalqına sevgi, dövlətə və dövlət başçısına bağlılıq prinsipi dayanır.
 
Bu əqidənin, məqsədin nəticəsidir ki, sərbəst güləşçiilərimiz dünya və Avropa arenalarında dəfələrlə bayraqlarımızı dalğalandırıb, himnizimiz səsləndirib.
Elə Firdovsi Umudovun özü də dəfələrlə vurğulayıb ki, “biz idmançıdan öncə, birinci növbədə əsgər yetişdiririk”. Döyüşkən əsgər ruhlu  güləşçilərimiz elə bu psixologiya ilə vətənə medalla qayıdıblar.
 
Xatırlatma...
 
Firdovsi Umudov məşqçilikdən əlavə idmançı kimi də bir çox uğurlara sahibdir. O dəfələrlə Azərbaycan çempionu, gənclərin Avropa Birinciliyinin bürünc,  tələbələrin dünya çempionatının gümüş mükafatçısı  və dünya kubokunun qalibidir.
 
2005-ci ildən isə Azərbaycanən sərbəst güləş üzrə milli komandasında çalışır. 2009, 2012, 2015– ci illərdə Azərbaycanın, 2012-ci ildə isə Dünyanın  “ən yaxşı məşqçi”si adına layiq görülüb.
 
2015-ci ildə isə  Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub. Həmçinin F.Umudova keçən il polkovnik-leytenant rütbəsi verililib.
 
Maraqlı bir faktı da diqqətinizə çatdıraq ki, linkdəki videoya sərbəst güləş üzrə yığma komananın böyük məşqçisi F.Umudov haqda müsbət rəylər tək azərbaycanlılardan gəlməyib. Yaponiyadan və İspaniyadan da Umudov üçün xeyli sayda müsbət fikirlər yazılıb. (Publika.az)

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.