4 fevral 2016 12:00

Hacı Əliyev ilin ilk reytinq siyahısında liderdir

Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ən yaxşı göstərici ötən ilki Dünya çempionatında ikinci çempionluğunu qazanan Hacı Əliyevdədir.

O öz çəkisində reytinqin birincisidir. Dünya çempionatının gümüş medalını qazanan Cəmaləddin Məhəmmədov reytinqdə də ikinci sırada mövqeyini qoruyub. Komandanın kapitanı Xetaq Qazyumov isə öz çəkisinin reytinqində üçüncü pillədə qərarlaşıb. 

Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifovun da mövqelərində dəyişiklik baş verməyib. Güləşçilərimiz müvafiq olaraq 4-cü və 6-cı yerdə qərarlaşıb.

61 kq
1. Hacı Əliyev - Qızıl Qran Pri 1-ci yer (1)

65 kq
4. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (4)
19. Coşqun Əzimov - Əli Əliyev turniri 1-ci yer (18)

70 kq
12. Ruslan Dibirhacıyev - Avropa Oyunları 3-cü yer (10)

74 kq
13. Cəbrayıl Həsənov - Qızıl Qran Pri 1-ci yer (13)

86 kq
7. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (5)
14. Aleksandr Qostiyev - Qızıl Qran Pri 1-ci yer (13)
18. Nurməhəmməd Hacıyev - Qızıl Qran Pri 2-ci yer (16)

97 kq
3. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (3)
6. Şərif Şərifov - Qızıl Qran Pri 2-ci yer (6)

125 kq
2. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (2)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.