28 dekabr 2015 16:30
Elnur Məmmədli: Hacı Əliyev 2015-in ən yaxşı idmançısıdır
Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli 2015-ci ilin ən yaxşı idmançısının adını açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Hacı Əliyevin adını çəkib:
"2015-ci ildə idmanda uğurlarımız çox oldu. İlk Avropa Oyunlarında çoxlu sayda medal qazandıq. Bununla belə, mənim üçün ilin ən yaxşı idmançısı Hacı Əliyevdir. Bu güləşçi ikinci dəfə dünya çempionu olmaqla tarix yazdı. İlin ən yaxşı məşqçisi kimi isə Cəmşid Xeyrabadiylə Qurban Qurbanovun adını çəkərdim. Yadda qalan idman hadisələrindən iki klubumuzun Avropa Liqasına vəsiqə qazandığını qeyd edə bilərəm. "Qarabağ"ın Avropa Liqasında "Anderlext" üzərində qələbəsinə hamımız çox sevinmişdik".
