28 dekabr 2015 12:30

Əjdər Cəfərov: İldən-ilə uğurlarımızın sayı da çoxalır

Azərbaycan Güləş Federasiyası 2015-ci ilin yekunlarına həsr olunman mərasim keçirib. Azerisport.az xəbər verir ki, il ərzində qazandığı nailiyyətlərə görə ən yaxşılar mükafatlandırılıblar.

İlk olaraq, tədbir iştirakçılarını salamlayan Əjdər Cəfərov federasiya rəhbərliyi adından qarşıdan gələn yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə xalqımızı təbrik edib. Yola salmaqda olduğumuz 2015-ci ilin Azərbaycan idmanı üçün əlamətdar olduğunu deyən federasiyanın baş katibi ölkəmizin birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirdiyini vurğulayıb. Bildirib ki, bu il güləşçilərimiz üçün də uğurlu olub, yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə dünya kubokuna sahib çıxıb, Avropa Oyunlarında 15 medal, dünya çempionatında isə yay Olimpiya Oyunlarına 11 lisenziya qazanılıb. Ötən ili 294 medalla başa vuran pəhləvanlarımız, bu il daha çox, 328 medalla idman həvəskarlarını sevindiriblər:

“Təbii ki, qazanılan bütün bu uğurlar ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana, o cümlədən, güləşə göstərdiyi daimi qayğının nəticəsidir. Ölkə başçısının çıxışlarımızı diqqətlə izləməsi, daim bizə dəstək olması məsuliyyətimizi daha da artırır. İldən-ilə uğurlarımızın sayı da çoxalır. 2016-cı il də bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki qarşıda bizi Yay Olimpiya Oyunları gözləyir. Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Faizl Məmmədov güləşçilərin qarşısına Rio-de-Janeyroda ən azı London Olimpiadasındakı uğuru təkrarlamaq, xalqımızı daha böyük qələbələrlə sevindirmək tapşırığı qoyub. Hazırlıq planımız da bəllidir. Federasiyanın birinci vitse-prezidenti, Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü Namiq Əliyevin daimi nəzarəti ilə güləşçilərimiz məşqləri davam etdirir. Əminəm ki, əziyyətimiz yerdə qalmayacaq və federasiya rəhbərliyi tərəfindən yaradılan yüksək şərait qarşılığında idmançılarımız xalqımızı yeni-yeni qələbələrlə sevindirəcək”.

Sonra il ərzində qazandığı nailiyyətlərə görə “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı məşqçisi” və “İlin ən yaxşı hakimi” nominasiyalarında qaliblərin adları açıqlanıb. Yunan-Roma güləşində ilin idmançısı Avropa Oyunları və dünya çempionatının qalibi Rəsul Çunayev seçilib. Sərbəst güləşdə isə sözügedən nominasiyanın qalibi ikiqat dünya çempionu Hacı Əliyev olub. Qadın güləşçilərimizdən yığma komandanın kapitanı Mariya Stadnik də “İlin ən yaxşı idmançısı” kimi mükafatlandırılıb. İlin ən yaxşı məşqçisi adına yunan-Roma güləşi üzrə yığmanın baş məşqçisi Cəmşid Xeyrəbadi layiq görülüb. Nəhayət, “İlin ən yaxşı hakimi” beynəlxalq dərəcəli hakim Asif Şirəliyev seçilib. Mükafatlandırma mərasimindən sonra tədbir bədii hissə ilə davam etdirilib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.