15 dekabr 2015 12:20

Məşqçilərimiz Dünya Güləş Birliyinin seminarında iştirak edib

Ötən həftə Yaponiyanın paytaxtı Tokioda dünyanın 12 ölkəsindən 30 məşqçsinin iştirakı ilə Dünya Güləş Birliyinin baş məşqçilər üçün təkmilləşdirmə seminarı keçirilib. Azerisport.az xəbər verir ki, seminarda yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi və qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterev də iştirak edib. Üç gün davam edən seminarda həm nəzəri, həm də praktiki məşğələlər keçirilib. Məqsəd məşqçilərin təlim üsulları və nəticələrin təhlili qabiliyyətlərini təkmilləşdirmək, texniki və taktiki hazırlıqlarının daha da artırılmasına yardım etməkdir. Seminarda iştirak edən DGB Hakimlər Kollegiyasının nümayəndəsi İbrahim Cicioğlu məşqçilərin suallarını cavablandırıb, hakimliklə bağlı problemləri dinləyib, güləş qaydalarındakı son vəziyyət barədə video-məlumat verib.

Yığma komandamızın baş məşqçiləri seminarın onlar üçün olduqca faydalı olduğunu bildirib: "Hər bir idmançı öz üzərində daim işləməli, taktiki-texniki, fiziki hazırlığını artırmalı və uğura gedən yolda bir saniyə belə fasilə verməməlidir. Bu prinsip həm də məşqçilərə aiddir. Biz də idmançılar kimi daimi yeniliklər axtarır, öz bilik və bacarıqlarımızı artırmaq və bu bilikləri yetirmələrimizə ötürməyə çalışırıq. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi idmançıların yüksək səviyyəli təlim-məşq toplanışları keçməsi ilə yanaşı, biz məşqçilərin də Dünya Güləş Birliyinin bu cür təlim və seminarlarında iştirakına xüsusi diqqət ayırır. Seminar zamanı biz digər ölkələrdən olan həmkarlarımızla geniş fikir mübadiləsi apardıq, Dünya Güləş Birliyinin təlim-məşq proseslərinin təşkili və keçirilməsi üçün müəyyən etdiyi normativ aktlarla tanış olduq. Ümumilikdə, seminar həm bizim üçün, həm də digər ölkələrdən olan həmkarlarımız üçün faydalı oldu".

Məlumat üçün bildirək ki, bu günlərdə Gürcüstanın Tbilisi şəhərində Dünya Güləş Birliyinin Birinci Mərhələ Məşqçilik Kursu da keçirilir. Kursda yığma komandamızın məşqçilər korpusundan sərbəst güləş üzrə Arif Abdullayev, Rövşən Umudov və Elşad Allahverdiyev, yunan-Roma güləşi üzrə isə Bəhram Mürvətov, Rasim Ağayev və Fuad Alıyev iştirak edir.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.