29 noyabr 2015 22:00

Yunan-Roma güləşçilərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazandı

Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanları mübarizə aparıb.

Son yarış günündə yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc medala yiyələnib.

Bütün rəqiblərindən üstün olan Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) turnirin baş mükafatını qazanıb. Kamran Məmmədov (66 kq), Rüstəm Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) yalnız final görüşündə uduzaraq gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Eldəniz Əzizli (59 kq), Həsən Əliyev (66 kq), Elvin Mürsəliyev (80 kq) və İslam Abbasov (85 kq) qazandırıb.

Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc, qadın güləşçilərimiz 1 gümüş medal qazanıb.

Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsini güləşçilərimiz bütövlükdə 5 qızıl, 8 gümüş və 8 bürünc medalla başa vurub.

59 kq
Bürünc medal görüşü
Eldəniz Əzizli - Yun Von Çol (PKR) 8:0
Təsəlliveri görüş
Soslan Daurov (BLR) - Eldəniz Əzizli 7:8
1/4 final
Yun Von Çol (PKR) - Taleh Məmmədov 6:4
Eldəniz Əzizli - Almat Kapispayev (KAZ) 0:8
1/8 final
Elman Muxtarov - Eldəniz Əzizli 3:7
Taleh Məmmədov - İbrahim Labazanov (RUS) 2:1
Yun Von Çol (PRK) - Murad Məmmədov 10:0               

80 kq
Final
Rafiq Hüseynov - Laşa Qobadze (GEO) 4:4*
Bürünc medal görüşü
Emin Əhmədov - Elvin Mürsəliyev 3:4
Təsəlliverici görüş
Emin Əhmədov - Doğan Göktaş (TUR) 3:2
1/2 final
Rafiq Hüseynov - Aişa Aişan (CHN) 11:0
Elvin Mürsəliyev - Laşa Qobadze (GEO) 3:3*
1/4 final
Elvin Mürsəliyev - Yusif Qadejan (İRİ) 8:4
Rafiq Hüseynov - Bilan Nalgiev (RUS) 5:2
1/8 final
Elvin Mürsəliyev - Daniel Aleksandrov (BUL) 3:2
Emin Əhmədov - Laşa Qobadze (GEO) 0:4
66 kq
Final
Kamran Məmmədov - Mehdi Zeydvand (İRİ) 0:2
Bürünc medal görüşü
Ali Arslan (İRİ) - Həsən Əliyev 3:6
1/2 final
Gerayi Məhəmmədəli (İRİ) - Kamran Məmmədov 0:8
Mehdi Zeydvand (İRİ) - Həsən Əliyev 8:0
1/4 final
Vuileksis Rivas (VEN) - Həsən Əliyev0:8
Zaur Kabaloyev (RUS) - Kamran Məmmədov 2:3
1/8 final
Azad Əliyev - Həsən Əliyev 0:5
Vuileksis Rivas (VEN) - Ruhin Mikayılov 8:4
Kamran Məmmədov - Daemeu Jadrayev (KAZ) 4:0
1/16 final
Həsən Əliyev - Davor Stefanek (SRB) 2:1   

85 kq
Bürünc medal görüşü
İslam Abbasov - Hossein Nouri (İRİ) 4:3
Təsəlliveri görüş
Şəhriyar Məmmədov - İslam Abbasov 0:2
1/4 final
Davit Çakvetadze (RUS) - İslam Abbasov 5:4
1/8 final
Rasin Azizsir (GER) - Tural Daşdəmirov 7:0
Davit Çakvetadze (RUS) - Şəhriyar Məmmədov 3:1
İslam Abbasov - Masato Sumi (JPN) 8:0
1/16 final
Tural Daşdəmirov - Yorgen Coba (VEN) 2:0
Soltan İsmayılov - Rasin Azizsir (GER) 0:2

71 kq
Final
Rüstəm Əliyev - Frank Stabler (GER) 0:2
1/2 final
Zanq Ri Donq (CHN) - Rüstəm Əliyev 0:3
1/4 final
Rüstəm Əliyev - Manuel Torres (VEN) 6:0
1/8 final
Lima Dinz Da Silva Gil (BRA) - Rüstəm Əliyev 0:10
İlkin Əsgərov - Manuel Torres (VEN) 0:2   

98 kq
Final
Şalva Qadabadze - Mehdi Aliyarifeyzi (İRİ) 1:0
Bürünc medal görüşü
Orxan Nuriyev - Di Xiao (CHN) 0:8
Təsəlliverici görüş
Joe Rau (USA) - Orxan Nuriyev 0:5
1/2 final
Rüstəm Totrov (RUS) - Şalva Qadabadze 2:3
1/4 final
Mahdi Aliyarifeyzi (İRİ) - Orxan Nuriyev 6:2
Şalva Qadabadze - Süleyman Demirci (TUR) 3:0
1/8 final
Orxan Nuriyev - Yusike Yamamoto (JPN) 3:1
Samba Dionq (FRA) - Şalva Qadabadze 0:3
Saman Təhmasibi - Süleyman Demirci (TUR) 0:4

75 kq
1/8 final
Əmrah Mazanov - Dimitro Piskov (UKR) 0:8
Alabek Azizbekov (KGZ) - Şəmistan Quluzadə 4:3   

130 kq
Sabah Şəriəti - Nurmakhan Tinaliyev (KAZ) 7:3
1/2 final
Behnam Mehdizadə - Sabah Şəriəti 0:2
1/4 final
Robert Smit (USA) - Sabah Şəriəti 0:6
1/8 final
Sabah Şəriəti - Heiki Nabi (EST) 3:0
Oyan Nəzəriani - Osman Yıldırım (TUR) 2:3

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.