28 noyabr 2015 20:00

Qadın güləşçilərimizdən bir gümüş medal

Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi davam edir. Azerisport.az xəbər verir ki, turnirdə 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanları mübarizə aparır.

İkinci yarış günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Güləşçilərimiz yarışı 1 gümüş medalla tamamlayıb. Qadın güləşçilərimizdən Nataliya Sinişin (55 kq) finala qədər inamla güləşib. Ancaq final görüşündə Çin təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Yığma komandamızın üzvlərindən Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Elmira Qəmbərova (63 kq) və Səbirə Əliyeva (75 kq) bürünc medal görüşünə çıxıb. Ancaq onların heç biri fəxri kürsüdə yer ala bilməyib.

Xatırladaq ki, ilk yarış günündə sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.

48 kq
Bürünc medal görüşü
Miho İqraşi (JPN) - Şəfəq Muradzadə 12:0
Təsəlliveri görüş
Şəfəq Muradzadə - Mareka Şidoçi (JPN) 7:2
1/8 final
Valentina İslamova (RUS) - Şəfəq Muradzadə 10:0

53 kq
Bürünc medal görüşü
Odunaku Adekauoreye (NGR) - Anjela Doroqan 10:0
1/2 final
Helen Marolin (USA) - Anjela Doroqan 9:0
1/4 final
Anjela Doroqan - Angelia Arquello (VEN) 4:3
1/8 final
Anjela Doroqan - Merve Kelger (TUR) 12:2
Solmaz Həşimzadə - Jildiz Yeşimova (KAZ) 2:10

55 kq
Final
Liu Hui (CHN) - Natalya Sinişin 6:1
Bürünc medal görüşü
Hikari Suqavara (JPN) - Alyona Kolesnik 2:1
Təsəlliverici görüş
Almaz İsmayılova - Hikari Suqavara (JPN) 0:10
1/2 final
Alyona Kolesnik - Natalya Sinişin 1:4
1/4 final
Natalya Şinişin - Hikari Sugavara (JPN) 5:3
Tetyana Kit (UKR) - Alyona Kolesnik 0:6
1/8 final
Almaz İsmayılova - Natalya Sinişin 0:11
Carlene Sluberski (USA) - Alyona Kolesnik 4:5

58 kq
1/4 final
Yuliya Ratkeviç - Aiym Abdildina (KAZ) 0:3
1/8 final
Yuliya Ratkeviç - Tiina Vaimonpaa (FİN) 10:0

60 kq
1/8 final
İrina Netreba - Yukako Kavai (JPN) 5:11

63 kq
Bürünc medal görüşü
Elmira Qəmbərova - Anastasiya Grigoriyeva (LAT)  3:6
Təsəlliveri görüş
Enkbayar Tsevegmid (MGL) - Elmira Qəmbərova 1:2
1/4 final
Valeriya Lazinskaya (RUS) - Raqnetta Qurbanzadə 8:4
Taybe Yusein (BUL) - Elmira Qəmbərova 11:1
1/8 final
Soronzonbold Battsetgen (MGL) - Raqnetta Qurbanzadə 8:11
Elmira Qəmbərova - Xi Luo Zudma (CHN) 1*:1
1/16 final
Yekaterina Larionova (KAZ) - Raqnetta Qurbanzadə 2:2*

69 kq
1/4 final
Gözəl Zutova - Rio Vatari (JPN) 4:14
1/8 final
Elis Manolova - Gözəl Zutova 2:3

75 kq
Bürünc medal görüşü
Səbirə Əliyeva - Yekaterina Bukina (RUS) 0:11
1/4 final
Jou Qian (CHN) - Səbirə Əliyeva 10:3

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.