26 noyabr 2015 11:00

Qızıl Qran Pri turnirində 41 ölkədən 450 idmançı iştirak edəcək

Noyabrın 27-dən 29-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. Azerisport.az xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək və turnirdə 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanları mübarizə aparacaq.

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 28-də qadın, 29-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Sərbəst güləşçilərin yarışında 21 güləşçimiz mübarizə aparacaq. Ölkəmizi Mahir Əmiraslanov, Yaşar Əliyev, Ruslan Qasımov, Pərviz İbrahimov (hamısı 57 kq), Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev (hamısı 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov, Ağahüseyn Mustafayev (hamısı 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev, Murad  Süleymanov, Məhəmmədhacı Muxutov (hamısı 74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Şərif Şərifov, Aslanbek Alborov (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədov təmsil edəcək.

Qadın güləşçilərin mübarizəsində komandamız 13 idmançı ilə iştirak edəcək. Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan, Solmaz Həşimzadə (hər ikisi 53 kq), Nataliya Sinişin, Alyona Kolesnik, Almaz İsmayılova (hamısı 55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə, Elmira Qəmbərova (hər ikisi 63 kq), Elis Manolova, Gözəl Zutova (hər ikisi 69 kq) və Səbirə Əliyeva (75 kq) qüvvələrini sınayacaq.

Turnirin son günündə isə yunan-Roma güləşi üzrə 24 pəhləvanımız xalça üzərinə çıxacaq. Heyətdə Taleh Məmmədov, Elman Muxtarov, Murad Məmmədov, Eldəniz Əzizli (hamısı 59 kq), Həsən Əliyev, Kamran Məmmədov, Azad Əliyev, Ruhin Mikayılov (hamısı 66 kq), Rüstəm Əliyev, İlkin Əsgərov (hər ikisi 71 kq), Elvin Mürsəliyev, Əmrah Mazanov, Şəmistan Quluzadə (hamısı 75 kq), Rafiq Hüseynov, Emin Əhmədov (hər ikisi 80 kq), İslam Abbasov, Soltan İsmayılov, Tural Daşdəmirov, Şəhriyar Məmmədov (hamısı 85 kq), Saman Təhmasibi, Orxan Nuriyev, Şalva Qadabadze (hamısı 98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) yer alacaq.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 27-də saat 17:00-da baş tutacaq. Sayca 8-ci dəfə keçiriləcək yarış “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.

Dünya Güləş Birliyi nümayəndələri, rəsmi qonaqlar və turnir iştirakçıları noyabrın 27-də saat 13:00-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.