24 noyabr 2015 13:40

"Qızıl Qran Pri turnirində planetin ən güclü güləşçiləri iştirak edir"

Noyabrın 27-dən 29-dək Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışlara hazırlaşan qadınlardan ibarət milli komandamızın mətbuat üçün açıq məşqi keçirilib.

Qadın güləşçilərimiz 3 gün davam edəcək mötəbər turnirə ciddi hazırlaşır. Son təlim-məşq toplanışı Olimpiya Güləş Mərkəzində keçirilir. Mətbuat üçün açıq məşqdə əsas komandanın üzvləri ilə birlikdə gənclərdən ibarət seçmənin üzvləri, habelə Ukrayna, Qazaxıstan, Rusiya və Kolumbiya güləşçiləri də iştirak edirlər. Azərbaycan Güləş Federasiyasının rəsmiləri hazırlıqların gedişi ilə yaxından maraqlanır. Qurumun baş katibi Əjdər Cəfərov məşqdən sonra media nümayəndələrinin suallarını cavablandırıb. Baş katib güləşçilərin hazırlıq prosesinin yüksək səviyyədə davam etdiyini bildirib:

“Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri turniri Dünya Güləş Birliyinin təqvimində əsas yerlərdən birini tutur. Bildiyiniz kimi, yarışlar 8-ci dəfə keçiriləcək. 2008-ci ildən etdibarən Azərbaycan Güləş Federasiyasını prezidenti cənab Fazil Məmmədovun əsas tapşırıqlarından biri bu turnirin tədricən dünya güləşi üçün əsas yarışlardan birinə çevrilməsi idi. Federasiyanın birinci vitse-prezidenti Namiq Əliyevin də Dünya Güləş Birliyi ilə sıx əlaqədə olması və görülən işlər bəhrəsini verdi. Fikir versəniz, son illərdə Qızıl Qran Pri turnirində planetin ən güclü güləşçiləri iştirak edirlər. Burada hamı qalib olmaq istəyir. Bütün bunlar turnirin nüfuzundan xəbər verir. Bu dəfə format da fərqli olacaq. Belə ki, final mərhələsində dünya çempionatı, eyni zamanda, qitə çempionatlarında yüksək nəticələr göstərən idmançılar mübarizə aparacaqlar. 40-dan çox ölkənin qatılacağı turnir üçün artıq iştirak ərizələri federasiyamıza ünvanlanıb. Siyahıda bir sıra dünya, Avropa və Olimpiya çempionları var. Öz növbəmizdə biz də əsas komandanın üzvlərini heyətə daxil etmişik. Bundan başqa, bəzi gənc, perspektivli güləşçiləri də sınaqdan keçirmək niyyətindəyik. Əlbəttə ki, komandanın qarşısına maksimum sayda medal qazanmaq tapşırığı qoyulub. Bir sıra güləşçilərimiz fərqli çəkidə çıxış edəcəklər. Bu isə Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsinin bir hissəsi kimi nəzərdə tutulub. Düşünürəm ki, turnir olduqca gərgin idman mübarizəsi şəraitində keçəcək. Xüsusilə qeyd etmək istərdim ki, Qızıl Qran Pri turniri bütün dünyanın və təbii ki, Azərbaycan güləşinin inkişafında əhəmiyyətli rol oynayır”.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində 40-dan artıq ölkənin ən güclü güləşçilərinin iştirakı gözlənilir. Noyabrın 27-dən 29-dək Bakı İdman Sarayında keçiriləcək yarışlar İdman Azərbaycan kanalından canlı yayımlanacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.