20 noyabr 2015 13:45

Namiq Əliyev: Güləşçilər qarşıda duran tapşırıqların məsuliyyətini dərk edirlər

Noyabrın 27-dən 29-dək Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, hər üç güləş növü üzrə yığma komandaların üzvləri turnirə hazırlıqları davam etdirir.

Bu gün sərbəst güləş üzrə yığma komandanın açıq məşqi keçirilib. Məşqdə əsas komandanın üzvləri ilə yanaşı, gənclərdən ibarət yığmanın pəhləvanları, habelə Gürcüstan və Dağıstan güləşçiləri də iştirak ediblər. Hazırlıqları yaxından izləyən Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev məşqdən sonra media nümayəndələrinin suallarını cavablandırıb. Federasiya rəsmisi güləşçilərin hazırlıq səviyyəsindən razı qaldığını deyib:

“Hazırlıq prosesi yüksək səviyyədə davam edir. Güləşçilərimiz qarşıda duran tapşırıqların məsuliyyətini dərk edirlər. Bilirsiniz ki, gələn il bizi Yay Olimpiya Oyunları gözləyir. Qızıl Qran Pri turnirində də əsas komandanın əksər üzvləri iştirak edəcəklər. Eyni zamanda, digər perspektivli idmançıları da sınaqdan keçirmək imkanımız olacaq. Qarşıdakı təlim-məşq toplanışlarında və yarışlarda əsas məqsədlərimizdən biri idmançılarımızın hazırlıq səviyyəsini yüksəltməkdir. Rioda böyük uğurlar qazanmaq istəyirik.

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran Pri turnirinin gedişində Avropa Güləş Konfederasiyasının konfransının keçirilməsi nəzərdə tutulub. İlk dəfə keçirilən bu tədbirdə Avropa və dünya güləşindəki mövcud vəziyyət müzakirə ediləcək, güləşin inkişafı üçün yeni fəaliyyət proqramının hazırlanması barədə fikir mübadiləsi aparılacaq”.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində 40-dan artıq ölkənin ən güclü güləşçilərinin iştirakı gözlənilir. Yarışlar İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.