17 noyabr 2015 13:00

AGF Naxçıvanda master klass təşkil etdi

Noyabrın 10-dan 15-dək Naxçıvan Muxtar Respublikasında Azərbaycan Güləş Federasiyasının dəstəyi, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçi-müəllimlər və güləşçilər üçün ustad dərsləri (master klass) keçirilib. Azerisport.az xəbər verir ki, həm Naxçıvan şəhərində, həm də Şərur rayonunda təşkil edilən seminarlarda ümumilikdə 150-dən artıq gənc və yeniyetmə güləşçi iştirak edib.

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində keçirilən ilk seminarda beynəlxalq dərəcəli idman ustası, gənclərdən ibarət ölkə yığma komandasının böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Elşad Allahverdiyev və Rövşən Hacıyev idmançılara güləş idman növünün taktiki-texniki xüsusiyyətləri, yeni qaydaları barədə ətraflı məlumat veriblər.

Növbəti gün dərslərdə məşqçi-müəllim kimi Naxçıvan güləş məktəbinin yetirməsi, sərbəst güləş üzrə iki qat dünya çempionu, Avropa çempionu Hacı Əliyev iştirak edib. O, məşqlər zamanı öz karyerasında qazandığı təcrübəsini bölüşüb, yeniyetmə və gənc güləşçilərə öz tövsiyyələrini verib.

Seminarların son günündə isə Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti, Olimpiya və üçqat Avropa çempionu Namiq Abdullayev məşqçi-müəllimlər üçün təşkil edilən seminarda çıxış edib və yeni qaydalar barədə məşqçiləri məlumatlandırıb. Daha sonra Olimpiya çempionu Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində güləşçilər üçün aparılan məşqi izləyib.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.