8 noyabr 2015 00:25

Sərbəst və yunan-Roma güləşçilərimiz finalda

Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirdə hər üç güləş növü üzrə yığma komandalarımız mübarizə aparır.

Yarışların ikinci günündə sərbəst və yunan-Roma güləşi üzrə qrup görüşləri keçirilib. Sərbəst güləşçilərimiz Belarus və Polşa ilə, yunan-Roma güləşçilərimiz isə Türkiyə Belarusla B qrupunda mübarizə aparıb.

Yunan-Roma güləşçilərimiz əvvəlcə Belaruslu rəqiblərini, ardınca Türkiyə yığmasını 5:3 hesabı ilə məğlub edib və qrup lideri kimi finala yüksəlib. Finalda güləşçilərimiz rəqibi digər qrupun birincisi olmuş Rusiya komandası olacaq.

Sərbəst güləşçilərimiz ilk olaraq Belarus komandası ilə qarşılaşıb, görüş yığmamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb. 125 kq çəkidə güləşçilər arasında mübahisə yarandığından bu görüşün nəticəsi ləğv edilib və hər iki güləşçi diskvalifikasiya edilib. Ardınca Polşa idmançıları ilə qarşılaşan yığmamızın üzvləri 5:3 hesablı qələbə ilə finala vəsiqə əldə edib. Həlledici görüşdə rəqib Rusiya yığması olacaq. 

Final görüşləri bu gün, noyabrın 8-də, saat 17:00-da başlayacaq.

Yunan-Roma güləşi
I dövrə

Azərbaycan - Belarus - 5:3
59 kq. Murad Məmmədov - İqr Belyak 8-0
66 kq. Kamran Məmmədov - Yaroslav Kardaş 2-0
71 kq. Azad Əliyev - Pavel Lyax 1-10
75 kq. Rüstəm Əliyev - Kazbek Kilok 0-6
80 kq. Emin Əhmədov - Pavel Paminçuk 8-1
85 kq. İslam Abbasov - Xoxa Xaxnidze 5-2
98 kq. Şəhriyar Məmmədov - Sergey Starobud 3-7
130 kq. Sabah Şəriəti - Kiril Qrişenko 3-0

II dövrə

Azərbaycan - Türkiyə - 5:3

59 kq. Murad Məmmədov - Rütəm Hammet 15-6
66 kq. Kamran Məmmədov - Enes Başar 6-1
71 kq. Azad Əliyev - Emre Yunus Başar 0-8
75 kq. Rüstəm Əliyev - Burxan Akbudağ 7-3
80 kq. Emin Əhmədov - Doğan Toktaş 0-10
85 kq. İslam Abbasov - Əli Çingiz 5-0
98 kq. Şəhriyar Məmmədov - Əhməd Tacyıldız 2-6
130 kq.  Sabah Şəriəti - Əli Arslan 4-2

Sərbəst güləş

I dövrə

Azərbaycan - Belarus 6-1
57 kq. Mahir Əmiraslanov - Əsədulla Laçinov 13-2
61 kq. Əhmədnəbi Qvarzatilov - Andrey Komar 10-0
65 kq. Məhəmməd Müslümov - Viktor Sereda 10-0
70 kq. Hacımurad Ömərov - Azamat Nurikov 8-0
74 kq. Murad Süleymanov - Rəsul Tİkayev 13-2
86 kq. Hacımurad Məhəmmədsəidov - Aleksandr Quştin 4-5
97 kq. Aslanbek Alborov - Ömərhacı Məhəmmədov 5-4
125 kq. Ali Maqomedabirov - İvan Yankovski 4-3 (hər iki güləşçi diskvalifikasiya edilib)

II dövrə

Azərbaycan - Polşa 5:3
57 kq. Mahir Əmiraslanov - Tomaş Oqonovski 9-2
61 kq. Əhmədnəbi Qvarzatilov -Kristof Bienevski 5-0
65 kq. Məhəmməd Müslümov - Məhəmmədmurad Hacıyev 0-6
70 kq. Hacımurad Ömərov - Arkadiuş Şeiya 10-0
74 kq. Murad Süleymanov - Andjey Sokalski 4-6
86 kq. Hacımurad Məhəmmədsəidov -Sebastyan Ejirjanski 4*-4
97 kq. Aslanbek Alborov - Zbiqnev Baranovski 10-0
125 kq. Ali Maqomedabirov -Robert Baran
 
Sərbəst güləş yığmamız məşqçilər David Kurtsiya və Arif Abdullayevin rəhbərliyi altında çıxış edir. Yığmanın heyətində Mahir Əmiraslanov, Ruslan Qasımov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Aslanbek Alborov (97 kq) və Ali Maqomedabirov (125 kq) yer alıb.

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparan yunan-Roma güləşi yığmasının heyətində Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Şəhriyar Məmmədov (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) mübarizə aparır.

Yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında keçirilir.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.