7 noyabr 2015 00:05

Qadın güləşçilərimiz Avropa Millətlər Kubokunda 5-ci oldu

Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri start götürüb. Azerisport.az xəbər verir ki, turnirdə hər üç güləş növü üzrə yığma komandalarımız mübarizə aparır.

İlk yarış günündə qadın güləşçilər arasında qrup görüşləri keçirilib. Püşkatmanın nəticəsinə əsasən, qadın güləşçilərimiz Polşa və Rusiya ilə birgə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Ukrayna, Belarus və Türkiyə yığmaları yarışıb. Güləşçilərimiz Polşayla görüşdə 5:3, Rusiyayla görüşdə isə 7:1 hesabı ilə məğlub olub. Bu nəticə ilə qrupda üçüncü yeri tutan qadın güləşçilərimiz digər qrupun üçüncüsü olan Belarusla 5-ci yer uğrunda görüşə çıxıb. 5:3 hesabı ilə qalib gələn komandamız Avropa Millətlər Kubokunu 5-ci sırada tamamlayıb.

Baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında heyətdə Marziget Baqomedova (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (58 kq), Alyona Kolesnik (55 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Gözəl Zutova (69 kq) yer alıb.

Yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında keçirilib.

I dövrə

Azərbaycan - Polşa 3:5
48 kq. Marziget Baqomedova - Anna Lukasiak - 0:10
53 kq. Anjela Doroqan - Katarjina Kravçuk - 4:5
55 kq. Alyona Kolesnik - Roksana Zasina - 1:7
58 kq. Nataliya Sinişin - Anna Zviridovska - 10:0
60 kq. İrina Netreba - Aqneşka Krol - 4:2
63 kq. Raqnetta Qurbanzadə - Monika Mixalik - 1:4
69 kq. Gözəl Zutova - Kordus Vişçek - 10:0
75 kq. təmsilçimiz yoxdur - Dariya Osoka - 0:3

II dövrə

Rusiya - Azərbaycan 7:1
48 kq. Milana Dadaşova - Marziget Baqomedova - 12:2
53 kq. Mariya Qurova - Anjela Doroqan - 6:1
55 kq. İrina Oloqonova - Alyona Kolesnik - 6:0
58 kq. Nataliya Qolts - Nataliya Sinişin - 0:6
60 kq. Lyubov Ovçarova - İrina Netreba - 9:7
63 kq. Darima Sanjeyeva - Raqnetta Qurbanzadə - 3:0
69 kq. Tatyana Morozova - Gözəl Zutova - 7:5
75 kq. təmsilçimiz yoxdur - 3:0

5-ci yer

Azərbaycan - Belarus - 5:3

48 kq. Marziget Baqomedova - Marina Markeviç - 2:9
53 kq. Anjela Doroqan - Svetlana Lamaşeviç - 6:12
55 kq. Alyona Kolesnik - Katerina Qonçar - 10:0
58 kq. Nataliya Sinişin - Veronika İvanova - 14:1
60 kq. İrina Netreba - Anastasiya İvanova - 14:2
63 kq. Raqnetta Qurbanzadə - Madina Sidakova - 6:2
69 kq. Gözəl Zutova - Yevgeniya Andreyçikova - 5:0
75 kq. təmsilçimiz yoxdur - Nataliya Lanko - 0:3

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.