28 oktyabr 2015 21:10

Rəşid Məmmədbəyovun xatirə turnirində son günün qaliblər

Bakı İdman Sarayında (Neftçilər pr. 26a) Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi başa çatıb. Azerisport.az xəbər verir ki, yarışların son günündə sərbəst güləş üzrə 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində 134 pəhləvan mübarizə aparıb.

54 kq
FİNAL - Əvəz Həmzəyev (Cəlilabad, Gömrükçü İSM) - Maqomedhacı Kasumov (Rusiya) 0:10
Bürünc medal görüşü - Elmar Cəlilov (Azəri İK) - Tural Sadıqlı (ROİL) 4:5
Bürünc medal görüşü - Haşim Hacanov (Müşviqabad GK) - Şahin Əlifzadə (Abşeron) 3:13

58 kq
FİNAL - Coşqun Bayramov (Gəncə, Təhsil) - Vahid Əlizadə (Neftçi İK) 4:11
Bürünc medal görüşü - Nadir Hacıyev (Sumqayıt, Neftçi İK) - Röyal Məmmədov (Xəzri İK) 12:2
Bürünc medal görüşü - Murad Məmmədov (Gəncə, Təhsil) - Sabutay Əmişov (ROİL) 3:6

63 kq
FİNAL - Almazbek Süleymanov (Atasport) - Davud İbrahimov (Rusiya) 8:11
Bürünc medal görüşü - Süleyman Məmmədəliyev (Zaqatala) - Cahangir Qasımov (Qazax, Göyəzən) 10:0
Bürünc medal görüşü - Fəqan Əzizov (Sumqayıt) - Murad Məmmədov (Neftçi İK) 8:10

69 kq
FİNAL - Rəşad Yusifli (Abşeron, Neftçi İK) - Şamil Xiriyev (Rusiya) 2:9
Bürünc medal görüşü - Emin Yusupov (Cəlilabad, Gömrükçü İSM) - Rauf Qurbanov (Naxçıvan) 1:12
Bürünc medal görüşü - Maqomed Abdulmutalipov (Rusiya) - Kamran Qurbanov (Qazax) 1:9

76 kq
FİNAL - Fərid Hüseynli (ROİL) - Emin Nəcəfzadə (Neftçi İK) 0:10
Bürünc medal görüşü - Təvəkkül Sərdarov (Sumqayıt) - Yasin Dadaşov (Zaqatala) 8:12
Bürünc medal görüşü - Azamat Calalov (Rusiya) - Abdulmuslim Məmmədov (Atasport) 4:5

85 kq
FİNAL - Əhliman Quliyev (Gəncə, Neftçi İK) - Sənan Əliyev (Sumqayıt) 10:3
Bürünc medal görüşü - Məhəmmədəli Əliyev (Neftçi İK) - Axmad Qasanov (Rusiya) 0:10
Bürünc medal görüşü - Tufan Cəfərov (Şəmkir) - Yelmar Nəbiyev (Xəzri İK) 0:8

100 kq
FİNAL - Asxab Həmzəyev (Azəri İK) - Əli Əminov (Gömrükçü İSM) 3:4
Bürünc medal görüşü - Temraz İsmayılov (Ağstafa) - Sənan Mustafayev (Qazax) 0:5
Bürünc medal görüşü - Hamlet Nəsibov (Naxçıvan) - Maqomed Aliyev (Rusiya) 0:11

Oktyabrın 29-30-da isə gənclər arasında “Hünər meydanı” Respublika seçim turniri keçiriləcək. Turnirdə respublikanın bütün rayon və şəhərlərinin nümayəndələri iştirak edəcək. Yarışların ilk günündə sərbəst, ikinci günündə isə yunan-Roma güləşi üzrə 50, 55, 60, 66, 74, 84, 96 və 120 kq çəkidə qaliblər müəyyənləşəcək. 

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.