27 oktyabr 2015 01:30

Rəşid Məmmədbəyovun xatirə turnirində ilk günün qalibləri

Bakı İdman Sarayında (Neftçilər pr. 26a) Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi start götürüb. Azerisport.az xəbər verir ki, Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan turnirin açılış mərasimi idmançıların paradı ilə başlayıb.

Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov tədbirdə çıxış edərək bu ilin Azərbaycan atletləri, xüsusilə güləşçilər üçün uğurlu olduğunu bildirib. Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində idmançılarımızın beynəlxalq yarışlarda artan uğurlarından danışan T.Eyvazov güləşçilərimizin bu il mötəbər turnirlərdə 78 medal qazandıqlarını vurğulayıb. Yeniyetmələrin bu yarışa xüsusi maraq göstərmələrinin sevindirici hal olduğunu vurğulayan natiq bu turnirdə bütün bölgələrdən 350-dək idmançının iştirak etdiyini bildirib.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov federasiyanın rəhbəri Fazil Məmmədovun adından idmançılara uğurlar arzu edib. Son illər ölkəmizdə idmanın, xüsusilə güləşin inkişafı istiqamətində əldə olunan nailiyyətlərdən danışan Ə.Cəfərov ənənəvi turnirin keçirilməsində məqsədin Rəşid Məmmədbəyovun xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında güləşin inkişafına və kütləviliyinə nail olmaq, idmançılara Vətənə məhəbbət hisslərini aşılamaq olduğunu qeyd edib. Baş katib, həmçinin bu turnirin gələn il beynəlxalq status alacağını vurğulayıb.

Sonra dövlət himni səsləndirilib.

Yarışların ilk günündə yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kq çəki dərəcəsində 120 yeniyetmə pəhləvan mübarizə aparıb.

42 kq
FINAL - Zaur Əliyev (Lokomotiv) - Omid Arami (İran) 0:8
Bürünc medal görüşü - Rəvan Rəcəbov (Sumqayıt) - Cavid Məmmədov (Kürdəmir) 6:2
Bürünc medal görüşü - Telman Əliyev (Gəncə, TİM) - Əsgər Əlizadə (Cəngi GK) 5:0

46 kq
FİNAL - Fail İsgəndərov (Cəngi GK) - Zöhrab Sarıyev (Beyləqan) 5:0
Bürünc medal görüşü - Mirsirac Həsənli (Şirvan) - Coşqun Xudaverdiyev (Beyləqan) 8:0
Bürünc medal görüşü - Amil Axundov (Şəmkir) - Murad Quliyev (Bakı GK) 2:8

50 kq
FİNAL - Fazil Mirzəyev (Beyləqan) - Poya Dad Marz (İran) 2:3
Bürünc medal görüşü -  Zaur Nuriyev (Məhsul İC) - Fərdi Hümbətov (Zəngilan) 1:0
Bürünc medal görüşü - Fərid Qafarov (6 saylı UGGİM) - Reza Mayeli (İran) 0:8

54 kq
FİNAL - Məhəmməd Mehdiyev (Şəmkir) - Toğrul Quluzadə (ROİL) 2:1
Bürünc medal görüşü - Cavid Orucov (Neftçi İK) - İbrahim Mürsəliyev (Bakı GK) 4:1
Bürünc medal görüşü - Elnur Musayev (Neftçi İK) - Nurlan Dadaşov (Şirvan, Neftçi İK) 4:9

58 kq
FİNAL - Elnur Əsədov (Sumqayıt) - Mohammedreza Moxtari (İran) 0:5
Bürünc medal görüşü - Məhərrəm Bayramov (Goranboy) - Cavidan Cavadov (Abşeron) 1:3
Bürünc medal görüşü - Murad Abbasov (Həyat GK) - Rəvan Həşimov (Olimp İK) 3:5

63 kq
FİNAL - Davud Əlmuradov (Məhsul İC) - Ramin Cəfərov (Neftçi İK) 0:2
Bürünc medal görüşü - Ruslan Hadisov (Balakən) - Sərxan Kərimov (MOİK) 3:7
Bürünc medal görüşü - Cavid Miralıyev (Hövsan GK) - Eldar Şıxməmmədov (Qusar) 5:0

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.