26 oktyabr 2015 12:20

Gənc güləşçilər İranda Şəhidlər Kuboku uğrunda yarışacaq

Oktyabrın 29-30-da İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında "Şəhidlər Kuboku" (Martyrs Cup) uğrunda beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, komanda xarakterli yarış olan turnirdə gənclərdən ibarət ölkə yığma komandasının bəzi üzvləri iştirak edəcək.

Yunan-Roma güləşi üzrə yarışlarda 9 güləşçimiz mübarizə aparacaq. Məşqçilər Zöhrab Abbasov və İslam Cəfərovun rəhbərliyi altında qonşu ölkəyə Elsevər Əliyev (55 kq), Təbriz Yusifzadə (60 kq), Kərim Cəfərov, Orxan Eyvazov (hər ikisi 66 kq), Ruhin Mikayılov, Şəmistan Quluzadə (hər ikisi 74 kq), Elməddin Ramazanov (84 kq), Kamran Bədəlov (96 kq) və Zamir Məhəmmədov (120 kq) yollanacaq.

Sərbəst güləş yarışlarında isə, yığmamız 7 idmançı ilə təmsil olunacaq. Məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında heyətə Şəhriyar Salmanov (50 kq), Ruslan Surxayev (55 kq), Əmrah İlyaslı (60 kq), Ənvərbəy Dalqatov (66 kq), Qahir Şikarov (74 kq), Axra Cengeniya (84 kq) və Elçin Məmmədov (96 kq) daxil edilib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vüqar Şükürov və Kamran Əliyev təmsil edəcək.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.