15 oktyabr 2015 14:20

Əjdər Cəfərov: Məşqçilər kütləviliyin artırılmasına daha çox diqqət ayırmalıdır

Bu gün Azərbaycan Güləş Federasiyasında qurumun nümayəndəliklərinin kuratorları və məşqçiləri ilə görüş keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovun iştirak etdiyi görüşdə əvvəlcə kuratorların və məşqçilərin hesabatı dinlənilib.

Hesabatlar dinlənildikdən sonra çıxış edən AGF baş katibi ümumilikdə bölgələrdə görülən işləri qənaətbəxş hesab edib, ancaq görüləcək işlərin də çox olduğunu bildirib. AGF prezidenti cənab Fazil Məmmədovun "Regionlarda güləşin inkişafı" barədə əmrini görüş iştirakçılarına xatırladan baş katib Əjdər Cəfərov Federasiya rəhbərliyinin bölgələrdə perspektivli gənclərin üzə çıxarılmasına və güləşə cəlb olunmasına xüsusi diqqət ayırdığını qeyd edib. 

"Ötən həftə bölgələrdə seçim xarakterli zona yarışları keçirildi. Ümumilikdə, sərbəst güləş üzrə 689, yunan-Roma güləşi üzrə 535 yeniyetmə güləşçi yarışlarda iştirak edib. Halbuki iştirakçıların sayı daha da çox ola bilərdi. Məşqçi-müəllimlər kütləviliyin artırılmasına daha çox diqqət ayırmalı, təbliğat işini artırmalı və daha çox perspektivli gəncin güləşə cəlb olunmasına çalışmalıdır. Federasiya rəhbərliyinin göstərişi ilə nümayəndəliklərin hər biri üçün yüksək şərait yaradılıb, bütün zallar güləş avadanlığı və inventarlarla təchiz olunub. Həm kuratorlar, həm də məşqçilər öz işlərinə daha ciddi yanaşmalı, bəzi hallarda əvvəlkindən daha da artıq çalışmalıdır".

Görüşün sonunda AGF nümayəndəliklərinin məşqçi və kuratorlarının gələcək planları müəyyənləşdirilib, müvafiq göstərişlər verilib.

Xatırladaq ki, Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə növbəti açıq Respublika turniri oktyabrın 26-28-də keçiriləcək. Turnirin final mərhələsində, bütövlükdə, AGF-nin 8 nümayəndəliyini təmsil edən seçilmiş 170 sərbəst və 160 yunan-Roma güləşçisi mübarizə aparacaq.

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.