10 oktyabr 2015 17:00

Hərbçilərin 6-cı Dünya İdman Oyunlarında güləş yarışları başa çatdı

Koreyanın Mungyeong  şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunlarında güləş yarışları başa çatıb. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edib. Güləş yarışlarının son günü 66, 75, 85 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

85 kq-da mübarizə aparan Soltan İsmayılov ilk görüşdə İrandan Davud Əkbərini (9:1) məğlub etsə də, ikinci görüşdə son Dünya çempionatının qızıl medalçısı Ukrayna təmsilçisi Jan Beleniuka uduzub. Rəqibin finala çıxması ilə güləşçimiz bürünc medal şansı əldə edib. Əvvəlcə Yunanıstan güləşçisi İlias Boukini təmiz qələbə ilə (5:0) üstələyən Soltan İsmayılov bürünc medala bir addım da yaxınlaşıb. Həlledici görüşdə Rusiya təmsilçisi Aleksey Mışinə məğlub olan güləşçimiz Hərbçilərin 6-cı Dünya İdman Oyunlarını 5-ci sırada tamamlayıb. 

 Xatırladaq ki, Hərbçilərin 6-cı Dünya İdman Oyunlarında iştirak edən güləşçilərimizin aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Yunan-Roma güləşi üzrə mübarizə aparan Rafiq Hüseynov (80 kq) qızıl, sərbəst güləş yarışlarında iştirak edən Coşqun Əzimov (70 kq) gümüş və Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıb.

85 kq
 1/8 final - Soltan İsmayılov - Davud Əkbəri (İRİ) 9:1
 1/4 final - Soltan İsmayılov - Zhan Beleniuk (UKR) 0:8
 Təsəlliverici görüş - Bouki İlias (GRE) - Soltan İsmayılov 5:0 (tuşe)
Bürünc medal görüşü - Soltan İsmayılov - Aleksey Mişin (RUS) 2:7

Похожие новости

Güləş 05 oktyabr

Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalını və Paris-2024-ə lisenziya qazanan Həsrət Cəfərov (67 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 03 oktyabr

Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim

Azərbaycan yunan-Roma güləşi yığmasının liderlərindən biri, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının gümüş medalçısı Sənan Süleymanov (77 kq) Azerisport.com-a müsahibə verib.
Güləş 04 sentyabr

Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir.
Güləş 23 dekabr

Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb

Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.
Güləş 20 dekabr

Dünya çempionunun xatirə turnirindən 1 qızıl medal

Çeçenistan Respublikasının paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə sərbəst güləş üzrə gənclər arasında 5-ci açıq Respublika turniri keçirilib.
Güləş 19 dekabr

Güləşçilərimiz Kaspiyskdən 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıtdı

Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçirilib.
Güləş 15 dekabr

Yeniyetmə güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq

16-17 dekabr tarixində Dağıstanın Kaspiysk şəhərində Dünya və 5 qat Avropa çempionu Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında VII beynəlxalq turnir keçiriləcək.
Güləş 11 dekabr

Həsən Əliyev və Əhmədnəbi Qvarzatilov bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb
Güləş 07 dekabr

Qeyri-olimpiya çəki dərəcələri üzrə DÇ-də bu güləşçilərimiz mübarizə aparacaq

10-11 dekabr 2016-cı il tarixdə Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı keçiriləcək.